VƏTƏNİ CANINDAN ÇOX SEVƏN DAHİ

Müdrik və uzaqgörən siyasəti ilə müstəqil Azərbaycanımızın ən yeni tarixinə  parlaq səhifələr yazmış. bununla da haqlı olaraq çoxmilyonlu xalqının  tükənməz məhəbbətini qazanmış görkəmli dövlət və ictimai xadim Heydər   Əliyevin anadan olmasının 95-ci ildönümü mayın 10-da tamam oldu.

Bu munasibətlə ulu öndərin adını daşıyan baş meydan həmişəki kimi bayramsayağı bəzədilmiş, lap erkən işə salınmış büllurgözlü fəvvarələrdən  süzülən su şırnaqları günəşin zərrin şüaları altında minbir rəngə çalmaqla  yanaşı ətrafa bir sərinlik yayır, ulu öndərin ad günü təntənəsinə tam hazır vəziyyətə  gətirildiyini bildirirdi.

Əlamətdar tarixi günlər və ictimai tədbirlər məskəni olan baş meydan həmin gün əllərində ətirli gül-çiçəklə rəhbərin ad gününü, əziz xatirəsini ehtiramla yad etməyə gələn insan kütləsinin ixtiyarına verilmişdi. Vəzifəsindən və ictimai mənşəyindən asılı olmayaraq hər kəs böyük sevgi ilə ümumşəhər tədbirinin başlanacağı  anı  gözləyirdi.

Səhər saat 11-dir. İlk öncə Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov, hüquq-mühafizə, rəsmi dovlət, ictimai-siyasi və xidmət idarələrinin rəhbərləri ümummmilli liderin möhtəşəm abidəsi önünə təzə-tər güllər, qərənfillər düzdülər və dahi şəxsiyyətə ehtiramla təzim etdilər. Sonra abidə önündən polis, fövqəladə hallar, vergi, gömrük, təhsil, səhiyyə, mədəniyyət, icra və bələdiyyə qurumlarının, idarə-müəssisə təşkilatları kollektivlərinin, ağsaqqalların, müharibə və əmək veteranlarının, ictimaiyyət nümayəndələrinin  aramsız  keçidi  başladı.

Rəhbərin yubileyi şərəfinə saatlarla davam edən təntənəli mərasim başa  çatdıqdan sonra iştirakçılar Heydər Əliyev Mərkəzində oldular. Rəhbərin   həyat və fəaliyyətini  əks etdirən foto – stendlər və tarixi sənədlərlə tanış  oldular.

Sonra Mərkəzin ikinci mərtəbəsindəki geniş foyedə ulu öndərin büstu qarşısında ümummilli liderin anadan olmasının 95-ci ildönümü münasibətilə YAP Yevlax rayon təşkilatının Şəhər Təhsil Şöbəsi ilə birlikdə məktəblilər arasında keçirdikləri inşa yazı müsabiqəsinin qaliblərinə iştirakçıların təntənəli alqışları altında diplom, fəxri fərman və hədiyyələr təqdim olundu.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 79
  • 19
  • 854
  • 3,275
ILK-10 Azeri Website Directory