Fransa senatında AXC-nin 100 illiyi qeyd edilib

Fransada fəaliyyət göstərən Azərbaycan Dostları Assosiasiyası, il ərzində Azərbaycan Demokratik Respublikasının yaradaılmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər həyata keçirir.

29 may 2018-ci il tarixində Assosiasiya, Fransa-Qafqaz Dostluq Birliyinin prezidenti, Kot-d-Or regionunun Senatoru Alen Uper, Fransa Parlamentinin sabiq üzvü, Azərbaycan Dostları Assosiasiyasının prezidenti, Jan-Frasua Manselin təşəbbüsü, bu ölkədəki səfirliyimizin dəstəyi ilə Fransa Senatında “Azərbaycan Demokratik Respublikasının 100 illiyi” adlı debat-konfrans təşkil edib.

Tədbir Fransanda Azərbaycan Respublikasının Fransada Səlahiyyətli Səfiri cənab Rəhman Mustafayevin təqdimatı ilə başladı. O təqdimatında Azərbaycan Demokratik Respublikasının yaranma tarixi, fəaliyyət dövrü və yaradıcıları barədə konfrans iştirakçılarına geniş məlumat verdi.

Sosial elmlər üzrə ali təhsil Məktəbinin professoru Jorj Mamulia Azərbaycan Milli Azadlıq hərəkatından bəhs edərək, Azərbaycanı istiqlaliyyətə aparan bu mübarizə yollarının çox çətin olduğunu bildirdi. O, 1905 ci ildə ermənilərin bolşevik quvvələrin dəstəyi ilə Azərbaycanlılara qarşı törətdikləri soyqırım, davamlı bolşevik təzyiqinə baxmayaraq 1918-ci ildə Şərq dünyasında ilk dəfə olaraq bünovrəsi qoyulan Azərbaycan Demokratik Respublikanın yaranmasından və yeni respublikanın tanınması üçün Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avropaya etdiyi səfərdən danışdı. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel 100 il əvvəl Azerbaycan Demokratik Respublikanin bünovresinin dünyəvilik prinspləri əsasnıda goyulduğunu qeyd edərək o zamandan qadınlara səsvermə hüququ verən Azərbaycanın regionda və Islam dünyasında tolerant, multikulturalizm ənənələrinə sadiq qalan bir ölkə kimi nümunə olduğunu bildirdi.

Ali təhsil üzrə praktiki Məktəbin tədris direktoru Jil Otier Qafqaz regionunda yaşayan müxtəlif Azərbaycan xalqları barədə çixişla davam edərək, o dövrdə milli azliqların güclü gonşu ölkələrin təsiri olmasına baxmayarag öz mədənuyyətini, dilini, adət-ənənəsini, milli mənsubiyyetini qoruyub saxlamaq üçün daim mübarizə apardiqlarından bəhs etdi. Azərbaycan Resbplikasının yaranması ilə bu regionda yaşayan milli azlıqların öz dillərini və mədəniyyətlərini yaşada bilmələri üçün şərait yarandiğını bildirdi.

Çıxışlardan sonra müzakirələrlə başa çatan tədbirdə Fransanın ictimai-siyasi xadimləri, elm və incəsənət xadimləri yer alıblar.

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 27
  • 13
  • 1,187
  • 4,898
ILK-10 Azeri Website Directory