SEVGİ DOLU ÜRƏYİN SAHİBİ

Şəhərimizdə mədəniyyət cəfakeşlərindən söz düşəndə ilk anılanlardan biri də odur: Zöhrə Urmu qızı Adgözəlova.

Sözün doğru anlamında özünü Yevlax mədəniyyətinə həsr edib. Zaman- zaman səhnəmizin qızıl medallı aktrisası da olub, çeşidli dram əsərlərinə quruluş verən rejissor kimi də ad qazanıb.

Dönüb geriyə baxanda isə qürur yaşamağa və fərəh duymağa haqqı olduğunu düşünür. Çünki indi də şəhərimizdə uğurla fəaliyyət göstərən B.Səfəroğlu adına Xalq Teatrı və Uşaq Kukla Teatrı əsasən bu sənət fədaisinin adı ilə bağlıdır.

Quş qoşa qanadla göylərə pərvaz etdiyi kimi Zöhrə xanım da uzun illərdir ki, öz fəaliyyətində mədəniyyət cəfakeşi adına daha bir şərəfli missiya əlavə edib – həmkarlar ittifaqı lideri.

Neçə illərdir ki, onun sözügedən sahədəki ictimai fəaliyyəti zamanın sınağından üzüağ, ləyaqətlə çıxıb.

Bu barədə söz açılanda söyləyir: – Həmkarlar ittifaqları istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır.Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında da iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi çıxış edirlər.

Fəxrlə əlavə edir: Həmkarlar itifaqları səlahiyyətləri daxilində, qanunvericilikdə nəzərdə tutulan qaydada əmək, sosial və iqtisadi hüquqların və qanuni mənafelərin təmin edilməsində ictimai nəzarəti həyata keçirirlər və bu nəzarətə mane olunması Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yolverilməzdir.

Onunla hər dəfə söhbət edəndə bu insanın həm mədəniyyətə, həm də həmkarlar işinə necə ürəkdən bağlı olduğunu duymamaq mümkün deyil. Sevgi dolu ürəyin sahibi olan bu xanım öz yaradıcı fəaliyyətində həm mədəniyyətimiz, həm də sözügedən ictimai sahədə çalışanlara göstərilən diqqət və qayğını önə çəkir, əgər onların hər hansı bir problemini həll edibsə, bununla qürur yaşayır, özünü həmin zaman içində xoşbəxt sanır.

Z.Adgözəlova bir ictimai fəal, qabaqcıl həmkarlar nümayəndəsi kimi daim insanların yanındadır. Onların sevinclərini də, qüssələrini də paylaşmağı bacarır.

Çəkdiyi zəhmət nəticəsiz, əməyi diqqətdən kənarda qalmayıb. Respublikanın əməkdar mədəniyyət işçisidir. Nə qədər Diplom və medallara, fəxri fərmanlara layiq bilinib.

Təravətli may günlərindən birində onun mükafat kolleksiyasına daha biri də əlavə olunub. Zöhrə Adgözəlova AHİK -in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin  imzaladığı  fərmanla döş nişanı, vəsiqə və pul mükafatının sahibi olub. Vəsiqədə qeyd olunub ki, bü mükafat ona  həmkarlar ittifaqında xidmətlərinə görə verilir.

Təbrik edir və yaradıcı fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Züleyxa MƏMMƏDQIZI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 27
  • 13
  • 1,187
  • 4,898
ILK-10 Azeri Website Directory