“Bolqarıstan və Rumıniya üzərindən TANAP-dan qaz əldə etmək istəyirik”

“TANAP Azərbaycan, Türkiyə, Avropa və Ukrayna üçün çox önəmli layihədir”. 

APA-nın məlumatına görə, bunu Ukryana prezidenti Petro Poroşenko Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında deyib. 

Ukrayna prezidenti bildirib ki, TANAP-la Cənub Qaz Dəhlizinin önəmli qismi tamamlanıb: “Son illər gördük ki, enerjidən Rusiyanın başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə edildi. Ancaq bu siyasət uğurlu olmadı. TANAP bunun göstəricilərindən biridir.

Bu layihə yaxın dostum, Azərbaycan prezidenti İlham Əliyevin və mənim, eyni zamanda Ukrayna xalqının yaxın dostu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gerçəkləşib. TANAP Ukraynanın enerji təhlükəsizliyi üçün də önəmlidir.

Mən Ukrayna xalqı adından Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür etmək istəyirəm. Ukrayna bu layihəyə tam dəstək verir.

Biz bu gün öz enerji qaynaqlarımızı genişləndirməyə çalışırıq.

Biz Bolqarıstan və Rumıniya üzərindən TANAP-dan qaz əldə etmək istəyirik.

Yaxın gələcəkdə Xəzər dənizindən təbii qazın tək Ukraynaya deyil, bütün Avropaya ixrac ediləcəyinə inanıram”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 2
  • 2
  • 1,009
  • 3,697
ILK-10 Azeri Website Directory