Bu gün “Son zəng”dir

Azərbaycanda 2017/2018-ci dərs ili bu gün başa çatır. Bu münasibətlə ölkənin bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2017/2018-ci tədris ilində IX sinfi 111 257, XI sinfi isə 83001 şagird bitirir.

2018/2019-cu tədris ilinin əvvəlinə respublikanın ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165 780 nəfər proqnozlaşdırılır. 

Son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 33
  • 12
  • 1,290
  • 4,280
ILK-10 Azeri Website Directory