Kürdəmirdə taxıl biçini davam edir

Kürdəmir rayonunda taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 15133 hektar sahədə biçin aparıblar.
İndiyədək arpa sahələri biçilir və orta məhsuldarlıq  30,2  sentner təşkil edir.
Qeyd edək ki, kürdəmirli fermerlər 45 040 hektar sahədə taxıl yetişdirib. Taxıl əkilən sahələrin 16 072 hektarını buğda, 28 968 hektarını isə arpa zəmiləri təşkil edir.Taxıl biçininə  98  kombayn  cəlb  edilib. Rayonun  daha  çox taxıl əkilən Karrar kənd , Qarasaqqal , Qarasu , Ərəbqubalı , Muradxan  və  bir sıra  digər  ərazi vahidlərində  biçin  kampaniyası  daha  mütəşəkkil aparılır və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olublar.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 79
  • 19
  • 854
  • 3,275
ILK-10 Azeri Website Directory