Qazaxda barama tədarükü uğurla davam edir

Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev cənablarının baramaçılığın inkişafına dair verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində uğurla icra edilir. Bütün bölgələrimizdə olduğu kimi, Qazaxda da bu sahənin inkişaf etdirilməsi üçün əməli tədbirlər görülür.

Rayonumuzda 3 ildir ki, barama yetişdirilir. Kümçülərin hər il yüksək məhsuldarlıq əldə etmələri və  rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına göstərilən diqqət və qayğı onları daha böyük səylə çalışmağa sövq edir. Ona görə də kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər.
Bu qayğıdan ruhlanan kümçülər işlərinə daha böyük məsuliyyətlə yanaşır, baramaqurdununun yetişdirilməsi üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işlərini, aqrotexniki qulluqları vaxtlı-vaxtında həyata keçirirlər. Məhz bunun nəticəsidir ki, kümçülər keyfiyyətli barama əldə edirlər.
Artıq bir neçə gündür ki, Qazax rayonunda da barama tədarükünə başlanılıb. Kümçülər yetişdirdikləri 5406,3 kq kiloqram məhsulu rayonda “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər.
Məlumat üçün bildirək ki, 2016-cı ildə Qazax rayonunda 1500 kiloqram, 2017-ci ildə isə 4623 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilib. Bu il isə kümçülər daha çox barama təhvil verməyi qarşılarına məqsəd qoyublar.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory