Respublika təsviri sənət müsabiqəsinə yekun vurulub

21 qalib diplom və hədiyyələrlə mükafatlandırılıb

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə  yekun vurulub.

Bu il martın 7-dən start götürmüş müsabiqə 10–17 yaş arası uşaq və gənclər olmaqla, 10-13 və 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib. Müsabiqədə respublika üzrə fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəblərinin şagirdləri, məktəbdənkənar müəssisələrin dərnək üzvləri iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını məktəblilər arasında təbliği, onları tarixi şəxsiyyətlərimizlə tanış etmək, tariximizi sevməyi, onunla fəxr etməyi şagirdlərə aşılamaq, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək, təsviri sənət vasitəsilə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir. Ümumilikdə müsabiqəyə respublika üzrə 100 tədris müəssisəsi qatılıb və 498 rəsm işi təqdim edilib.

Qaliblər 20 iyun 2018-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasına dəvət olunub, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Mövzular üzrə ümumilikdə 21 qalib və 18 həvəsləndirici yer münsiflər tərəfindən seçilib.

                        Sifai SƏFƏROVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 3
  • 2
  • 1,199
  • 4,079
ILK-10 Azeri Website Directory