Bütün bölgələrində elektrik enerjisinin verilişi bərpa olundu – Yenilənib

Azərbaycanın bütün bölgələrində enerji təminatı bərpa olunub.   

APA-nın xəbərinə görə, Bakının bütün rayonlarına, habelə respublikanın digər şəhər və rayonlarına elektrik enerjisinin verilişi təmin olunub.

“Azerenerji” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. 

*** 23:50 

Mingəçevir IES-in 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın xəbərinə görə, Bakının enerji təminatı bərpa olunub, respublikanın əksər şəhər və rayonlarına (ölkənin Cənub, Şimal, Mil-Muğan, Qərb və Qarabağ bölgələrinə) elektrik enerjisinin verilişi təmin olunub.

Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.

*** 21:31 

Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, axşam saat 21:00-da stansiyadan Mingəçevir şəhərinə enerji verilişi bərpa olunub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, axşam saat 21:30 radələrində Şirvan şəhərinə də enerji verilişi bərpa olunub. Astaraya elektrik enerjisinin verilişi təmin edilib.

Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.    

*** 20:15 

Bakının əksər rayonlarında və ölkənin şimal bölgəsində enerji təchizatında yaranmış problem aradan qaldırılıb.

APA-nın məlumatına görə, bu barədə Bakı sakinləri sosial şəbəkələrdə yazıblar.

Yaxın dəqiqələrdə paytaxtın digər ərazilərində, həmçinin ölkə ərazisində elektrik enerjisinin təchizatının bərpa olunacağı gözlənilir.

*** 19:14 

Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

“APA-Economics”in əldə etdiyi məlumata görə, bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.

Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.

*** 19:07 

Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.

“APA-Economics”in məlumatına görə, sosial şəbəkələrdə Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişi yenidən dayandırıldığı yazılıb.

Eyni zamanda, bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 106
  • 45
  • 1,302
  • 4,182
ILK-10 Azeri Website Directory