Hikmət Hacıyev: “Ermənistan rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edirik”

”Ermənistan baş nazirinin Brüsseldə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində guya gərginliyin artması barədə verdiyi məlumatlar yalan və dezinformasiyadır”.

Bu barədə APA-ya Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə keçirdiyi görüşlərdə səsləndirdiyini fikirləri şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, real operativ vəziyyət və mövcud faktlar bunun tamamilə əksini sübut edir və Ermənistan rəhbərliyi bu yolla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır: “Amma beynəlxalq ictimaiyyət real vəziyyət barəsində dolğun və düzgün məlumata malikdir. Ermənistan baş nazirinin bu kimi fəaliyyəti yalnız daxili istehlaka yönəlib və qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. Eyforiya dövrü artıq başa çatmaqdadır. Paşinyan Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır. Ermənistan rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edərdik. Reallıq odur ki, Ermənistanın üzləşdiyi problemlərin kökündə qonşulara münasibətdə yürütdüyü sui-qəsd xarakterli siyasət durur. Bu siyasət Ermənistanın müstəqilliyi və suverenliyini viran edir, Ermənistanı yoxsulluq və qeyri-sabitlik uçurumuna aparır”.

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory