Putin: “Sizə kim deyib ki, Trampa güvənirəm?”

“Mənim seçki kampaniyam dövründə heç bir sövdələşmə olmayıb. Mən, heç Rusiya prezidentini tanımamışam”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp bu gün rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib. 

Ona ünvanlanan “ABŞ kəşfiyyatı iddia edir ki, Rusiya seçkilərə müdaxilə edib, Rusiya isə deyir ki, etməyib. Siz kimə inanırsız?” sualına cavabında Tramp hər iki tərəfə inandığını söyləyib.

Həmin suala Putin isə belə cavab verib: “Mən də kəşfiyyatda işləmişəm və dosyelərin necə hazırlandığını bilirəm. Bu məsələ ilə bağlı son qərarı operativ xidmət orqanları deyil, məhkəmələr verir”.

“Sizə kim deyib ki, Tramp mənə güvənir və ya mən Trampa güvənirəm. Heç kəs heç kəsə güvənmir. Heç güvənmək də lazım deyil. Tramp öz ölkəsinin maraqlarını müdafiə edir. Seçki kampaniyası dövründə hansısa sövdələşmənin olması haqqında məlumat yalandır. Bəli, Trampın seçki kompaniyası dövründə Rusiya ictimaiyyətində ona böyük simpatiya olub. İstəyirdim ki, Tramp seçkilərdə qələbə qazansın”.

Putin Rusiyanın əlində Trampla bağlı kompromatların olması haqqında da suala cavab verib: “Tramp Moskvaya gələndə, mən heç onun Moskvada olduğunu bilməmişəm. Trampa böyük hörmətim var. O, biznesmen kimi gəlib. Peterburq İqtisadi Forumunda yüzlərlə amerikalı biznesmen iştirak edir. Biz onların hər biri haqqında dosye toplayırıq, kompromat hazırlayırıq?

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 44
  • 11
  • 717
  • 3,156
ILK-10 Azeri Website Directory