Taxıl biçini davam edir

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da taxıl biçini davam edir. Rayonda cari ilin məhsulu üçün 12629 hektar sahədə taxıl əkilmişdir ki, onun 9102 hektarını buğda, 3527 hektarını isə arpa təşkil edir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.Bundan əlavə, taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə 53 kombayn cəlb edilib.
3527 hektar arpa sahəsinin 3522,5 hektarında biçin aparılıb. Qalan 4,5 hektar sahədə də biçin işləri başa çatmaq üzrədir. Biçin aparılmış sahələrdən 8651 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 24,56 sentnerdir.
Məlumat üçün bildirək ki, arpa ilə yanaşı, buğda biçini də davam edir. 9102 hektar buğda sahəsinin artıq 7192 hektarı biçilib. Zəmilərdən 25940 ton məhsul əldə olunub.
Ümumilikdə isə mütəxəssislərin sözlərinə görə bu il rayonda zəmilərdən bol məhsul götürüləcəyi proqnozlaşdırılır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 14
  • 12
  • 476
  • 2,651
ILK-10 Azeri Website Directory