Xətai rayonunda abadlıq, təmizlik işləri davam etdirilir

  Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Xətai  rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.    Növbəti belə abadlıq və təmizlik işləri artıq bir neçə gündür ki, rayonun Yusif Səfərov küçəsində və Xocalı parkında həyata keçirilməkdədir.
Görülən işlər çərçivəsində ərazilərə yeni dekorativ güllər əkilmiş, Xocalı parkının ərazisi  təmizliyi qoruyub saxlamaq məqsədilə yeni urnalarla təchiz edilmişdir.
Həmçinin, rayon ərazisində məişət tullantılarının atılması üçün nəzərdə tutulan ərazilər dezinfeksiya edilmiş,  ehtiyac olan ərazilərə yeni zibil yeşikləri qoyulmuşdur.
Abadlıq, təmizlik, park və xiyabanlarda yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi və bu kimi digər tədbirlər daim rayon İcra Hakimiyyəti başçısının  nəzarətində saxlanılır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 18
  • 10
  • 339
  • 1,720
ILK-10 Azeri Website Directory