Xaçmazda “Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” tədbiri

“Korrupsiyaya qarşı Mübarizə Mərkəzi İctimai Birliyi” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz rayonunda “Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı tədbir keçirilib.

Mövzu ətrafında Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri, layihənin koordinatoru Anar Sarıyev, Gənclər Mərkəzinin direktoru, layihənin eksperti Kənan Qubadzadə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, icra hakimiyyətinin digər məsul şəxsləri və  başqaları çıxış ediblər.

Bildirilib ki, tədbirin əsas məqsədi Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsidir. Həmçinin, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, Prezident İlham Əliyevin imzaladığı “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına dair təşəbbüslərdə Asan idarəçiliyin təbliği layihənin əsas mahiyyətini kəsb etdiyi də qeyd olunub.

Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, korrupsiyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb.

Şahanə MÜŞFİQ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 98
  • 25
  • 949
  • 4,938
ILK-10 Azeri Website Directory