Dövlət Əmək Müfəttişliyi Xidməti Ucarda seminar keçirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ucarda seminar keçirib.

Nazirlikdən verilən məlumata görə, işəgötürənlərin iştirakı ilə keçirilən tədbir “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında olub.

Tədbirdə Ucar rayonu ilə yanaşı, Ağdaş və Zərdab rayonlarından olan ayrı-ayrı işəgötürənlər də təmsil olunub. İstirahət vaxtı, istirahət günləri, məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi barədə məlumat verilib. Bu sahələrdə, habelə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi və s. ilə bağlı əmək qanunvericiliyinin prinsipləri diqqətə çatdırılıb. İşəgötürənlərin məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və digər məslələrlə bağlı sualları cavablandırılıb, onlara hüquqi izahatlar verilib.

Qeyri-formal məşğulluğun sosial-iqtisadi inkişaf üçün mənfi nəticələrindən bəhs olunub. Əmək münasibətlərinin qeyri-rəsmi xarakter daşımasının işçilərin gələcək sosial müdafiə hüquqlarına malik olmasına maneə yaratdığı, hər bir işəgötürənin işçilərlə əmək münasibətlərini əmək müqaviləsi əsasında qurmalı olduqları vurğulanıb.

CEYHUN

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 101
  • 26
  • 952
  • 4,941
ILK-10 Azeri Website Directory