Azərbaycanda məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Avropa Şurasına üzv Dövlətlər Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex,  Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo iyunun 12-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.\r\n\r\nGörüşdə R.Rzayev demişdir ki, Azərbaycan məhkəmə sistemi Avropa məhkəmə sistemi olaraq fəaliyyət göstərir. Ali Məhkəmədə mütəmadi keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  presedent hüququ öyrənilir. Həmçinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür. Çalışırıq ki, qəbul edilən qərarlar ədalətli olsun, vahid təcrübəyə əsaslansın. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur.\r\n\r\nGörüşdə Ali Məhkəmənin sədri həmməruzəçilərin suallarını ətraflı cavablandırmışdır.\r\n\r\n \r\n

AzərTAc

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 31
  • 17
  • 1,191
  • 4,902
ILK-10 Azeri Website Directory