Daşkəsəndə əhaliyə göstərilən rabitə xidmətinin mədəni səviyyəsi yüksəldilir

Daşkəsən, 10 avqust (AzərTAc). Son illər Daşkəsəndə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində əhaliyə göstərilən rabitə xidmətinin mədəni səviyyəsini yüksəltmək üçün tədbirlər görülür. ATS sistemində aparılan yenidənqurma işləri bu sahədə əvvəllər mövcud olan problemləri, demək olar ki, həll etmişdir.

\r\n

 Mərkəzi elektron avtomat telefon stansiyasında genişzolaqlı internet xidməti üçün “ADSL” və “FOM” markalı avadanlıq quraşdırılmışdır. Bunun sayəsində şəbəkəyə qoşulmanın sayı xeyli artmışdır.

\r\n

 Yuxarı Daşkəsən elektron avtomat telefon stansiyasında həyata keçirilən yenidənqurma işləri sayəsində daha 32 mənzilə telefon xətti çəkilmişdir. Hazırda rayonda rabitə xidmətinin daha da yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilir.

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 13
  • 5
  • 1,183
  • 3,918
ILK-10 Azeri Website Directory