Tarixdəki izimiz, tarixi abidələrimiz: Gəncə qalası və qapıları

Gəncə şəhərinin ən mühüm tarixi abidələri barədə söz düşəndə ilk növbədə Gəncə qalası və qapiları xüsusi qeyd olunmalıdır. Belə ki, bəhs olunan tikililər şəhərin hələ erkən orta əsrlər dövründən etibarən möhtəşəm, böyük, eyni zamanda, iqtisadi, mədəni inkişafı baxımından fərqləndiyini göstərir.

\r\n

Gəncə qalasının inşası IX-X əsrlərə aid edilir. Bu qala sədləri Gəncə çayının sağ sahilində tikilmişdir. Qalanın qalıqları isə Qədim (köhnə) Gəncənin xarabalıqları ərazisindədir. Çoxsaylı tədqiqatlarla yanaşı, Gəncə qalasının ilkin, yaxud qədim hissələrinin inşa edilmə tarixinin IX-X əsrlərlə müəyyən olunmasında ən tutarlı dəlil qismində XI əsrdə hazırlanmış məşhur Gəncə qapıları çıxış edir. Belə ki, məntiqi olaraq əvvəlcə Gəncə şəhərinin ətrafına yadelli işğalçılardan və feodal basqınlarından qorunmaq üçün müdafiə sədləri, qala çəkilmiş, sonra onun böyük, ikiqapılı dəmir darvazaları hazırlanmışdır. Məşhur Gəncə qapıları Şəddadi hökmdarı əl-Fəzlin oğlu Əbül Əsvar  Şavurun zamanında (1048-1066) onun tapşırığı ilə dəmirçi İbrahim Osman oğlu tərəfindən 1063-cü ildə hazırlanmış və 1139-cu ildə 9 bal gücündə baş vermiş dəhşətli zəlzələdən sonra gürcü çarı I Demetre tərəfindən aparılmış, bu günədək Kutaisidəki Helati (Gelati) monastrında saxlanılır.

\r\n

Bəhs edilən dövrdə Gəncənin beş darvazası olmuşdur: Babül-əl Məqbərə, Babül-əl Bərdə, Babül-əl Qarabağ, Babül-əl Gülüstan, Babül-əl Tiflis.

\r\n

1588-ci ildə Qafqazdakı türk qoşununun komandanı Fərhad Paşa Sultan III Muradın xüsusi sərəncamına əsasən, bölgənin ən mühüm mərkəzlərindən biri olan Gəncənin qədim məskənindən 7-8 kilometr aralıda yeni qalanın inşası ilə bağlı əmr vermişdir. 1606-cı ildən etibarən isə, I Şah Abbas da bu sahədə müəyyən quruculuq işləri həyata keçirmişdir. Ümumiyyətlə, XVI-XVII əsrlərin hüdudlarında Gəncə şəhəri dörd hissədən ibarət olmuş və şəhər qalası xüsusi əhəmiyyəti ilə seçilmişdir:

\r\n

1 Bayır şəhər                                      

\r\n

2 Şəhristan

\r\n

3 İçqala

\r\n

4 Narınqala

\r\n

Ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m olmuş Gəncə qalasının XVI əsrdə inşa olunmuş divarı 3,6 km uzunluğa, 12,8-17 metr hündürlüyə malik olmuşdur. Möhtəşəm Gəncə qalasının indiyədək qorunub saxlanılmış divarı Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzin rəhbərliyi tərəfindən bərpa edilmiş Şirəli bəy bürcüdür.

\r\n

 

\r\n

Samir PİŞNAMAZZADƏ,

\r\n

AMEA Gəncə Regional

\r\n

Elmi Mərkəzin direktor

\r\n

müavini, dosent

\r\n

\r\n

\r\n

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 105
  • 44
  • 1,301
  • 4,181
ILK-10 Azeri Website Directory