“Nizami Gəncəvi 870” yubiley tədbirlərinin ssenarisi müəyyənləşdirilib

Gəncə Şəhər İcra Hakimiyyətində Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri ilə bağlı növbəti yığıncaq keçirilib. Yığıncaqda keçiriləcək tədbirlərin ssenarisi, yubileylə əlaqədar görülən və görüləcək işlər, şəhərin təhsil, səhiyyə və digər müəssisələrində Nizami Gəncəvi haqqında maarifləndirmə işlərinin aparılması müzakirə olunub.

\r\n

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev bildirib ki, tədbirlərin nümunəvi hazırlanması üçün vaxtaşırı toplantılar keçirilir. Yubileyə hazırlıq çərçivəsində şəhərin təhsil və səhiyyə ocaqlarında baş tutan tədbirlər ayın sonuna kimi davam edəcək. Şəhər tədbirləri isə oktyabrın əvvəlindən 15-dək davam edəcək. Təşkilatlar səviyyəsində bəyənilən kompozisiyalar şəhər tədbirlərinə əlavə ediləcək. Bu vaxt ərzində şəhərin bütün yerlərində yubileylə əlaqədar “Nizami Gəncəvi 870”, “Dahi şairin yubileyinə xoş gəlmisiniz” və sair məzmunlu plakatlar asılacaq, “Xəmsə” qəhrəmanlarının illustrasiyaları yerləşdiriləcək, şəhər başdan-baça yubiley donu geyəcək. Tədbirin ilk günü dahi şairin məqbərəsi ətrafında, Gəncə mehmanxanasının qarşısındakı heykəlin yanında, Xan bağında geniş proqramlı kompozisiyalar təşkil olunacaq, günün sonunda isə Zərrabi memarlıq kompleksində “7 məhbusun şikayəti” tamaşası səhnəyə qoyulacaq. Tədbirlərin 2-ci günündə mərkəzi meydanda Bakıdan gələn tanınmış müğənnilərin və yerli sənət adamlarının iştirakı ilə geniş konsert proqramı təşkil olunacaq. Tədbirlərin üçüncü günü Mir Cəlal Paşayev muzeyində Nizami Gəncəvi irsinin daha yaxşı tədqiqi ilə əlaqədar beynəlxalq elmi-nəzəri konfras və poeziya günü təşkil ediləcək. Bütün bu tədbirlərdə 10-a yaxın ölkənin Azərbaycandakı səfirləri, respublikanın digər tanınmış elm və sənət adamları iştirak edəcək.

\r\n

Yığıncağın sonunda toplantı iştirakçıları yeni təkliflərlə çıxış edib. Onlardan ən çox diqqət çəkənləri Gəncə Şəhər Səhiyyə İdarəsinin hazırlayacağı kibrit çöplərindən 2 metr 90 sm hündürlüyündə Nizami Gəncəvinin abidəsinin maketi, tədbir günlərində iştirakçılara paylanması üçün Gəncə Regional Elm Mərkəzinin nəşr edəcəyi jurnallar, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən hazırlanacaq marka, pul nişanları, 100-ə yaxın hədiyyə-bəzək əşyaları və sair olub. Qeyd edək ki, tədbir günlərində mərkəzi meydanda böyük monitorların quraşdırılması da planlaşdırılır.

\r\n

Bildirək ki, Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar Nizami Poeziya teatrnda təmir işləri aparılır. 1979-cu ildə ümümmilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Nizami poeziya teatrı fəaliyyət göstərdiyi 30 il müddətində ilk dəfə olaraq təmir edilir. Təmir işlərinə nəzarət edən Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradovun verdiyi məlumata görə, poeziya teatrında “Xəmsə”yə daxil olan əsərləri axşam vaxtı şəhər əhalisinin asudə vaxtlarının səmərəli keçməsi üçün istifadə olunurdu. Məhz burada təmirin aparılması şəhərdə gedən abadlıq-quruculuq işləri ilə əlaqədardır.

\r\n

Teatrın binasında təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi və şəhər Memarlıq şöbəsinin təsdiq etdiyi layihə əsasında aparılır. Təmir işlərinə 30 min manat vəsait ayrılıb. Ancaq zərurət yaranarsa, bu məbləğ artırıla da bilər.

\r\n

Teatrın dam örtüyü dəyişdirliləcək, qırmızı kərpicləri isə yeniləri ilə əvəz ediləcək.

\r\n

Təmir-bərpa işləri oktyabrın sonuna kimi başa çatdırılacaq.

\r\n

Fərid

\r\n

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 88
  • 16
  • 712
  • 3,287
ILK-10 Azeri Website Directory