GƏNCƏ TARİXİNİ SAXLAMAQLA MÜASİRLƏŞİR, GÖZƏLLƏŞİR

                  Şəhər İcra Hakimiyyəti bu gün ulu öndərimiz Heydər Əliyev siyasətini yeni tələblərə uyğun davam etdirən İlham Əliyev kursunu gündəlik fəaliyyətində rəhbər tutaraq şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlara imza atmaq üçün əməli təşkilati işlər aparır.\r\n Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyyəsi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə cari ilin fevral ayının sonundan şəhərdə geniş, irimiqyaslı tikinti, abadlıq, quruculuq və əsaslı surətdə yenidənqurma işləri möhtəşəm bir şəkildə davam etdirilir. Gəncə abadlaşır, Gəncə yenidən qurulur.\r\n\r\nİqtisadi inkişaf və bu istiqamətdə aparılan siyasət nəticə etibarıilə bütün sahələrin dünya standartlarına uyğunlaşmasını təmin edir. Ölkənin mailiyyə resursları artdıqca yeni və mütərəqqi layihələr hazırlanır, onun gerçəkləşdirilməsi üçün sürətli və keyfiyyətli işlər görülür. Ötən 20 ildə müstəqillik yolunda çox qətiyyətli addımlar atan Azərbaycanın indi hər yerində geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır, sənayenin, aqrar sahənin, elmin, səhiyyənin, mədəniyyətin, bütövlükdə tariximizin inkişafına və tədqiqinə xüsusi qayğı göstərilir.\r\n\r\nQürur hissilə demək mümkündür ki, bu gün Azərbaycanın heç bir dövlətdən asılılığı yoxdur, yeraltı və yerüstü sərvətləri ilə nəinki özünü təmin edir, hətta dünyanın aparıcı dövlətlərinə neft, qaz, kənd təsərrüfatı və digər məhsullar ixrac edir. Bütün bu uğurların mərkəzində isə ulu öndər və əbədiyaşar Heydər Əliyevin hazırladığı və tətbiqinə start verdiyi düşündürücü konsepsiyalar dayanır. Uzaqgörən bir siyasətin bəhrəsini indi bütün Azərbaycan xalqı görür. Ən başlıcası xalqın sosial həyat şəraiti yaxşılaşır, yeni iş yerləri açılır, milli və mənəvi dəyərlərimizə həssaslıqla yanaşılır. Prezident İlham Əliyevin də bacarıqla inkişaf etdirdiyi iqtisadi siyasət təkcə Azərbaycanın daxilində deyil, xaricdə də çox uğurla davam etdirilir. Bəs bu uğurlardan Gəncənin payına nə düşüb?\r\n\r\nBirmənalı şəkildə deməliyəm ki, Azərbaycanın hər qarış torpağı cənab Prezidentə doğmadır, əzizdir. Gəncə isə bu doğmalığın içərisində müstəsnalıq təşkil edir. Tarixinə qayıdış, müasirliyin zirvə ömrü sözün həqiqi mənasında Gəncəyə çox yaraşır və gəncəlilər bunu çox böyük minnətdarlıqla qarşılayırlar. Gəncədə gedən dinamik və hərtərəfli inkişaf bir daha təsdiq edir ki, zəngin tarixi, güclü ziyalı qüvvəsi, əvəzedilməz sənaye potensialı olan qədim şəhər Prezidentin qayğı və diqqəti ilə müqayisəolunmaz dərəcədə dəyişir, gözəlləşir. Abadlıq və quruculuq işlərinin həm də elmi və yaradıcı şəkildə icrasını təsdiqləyir. Bir alim kimi deyə bilərəm ki, müasir şəhərsalma prinsipləri tam qorunur, milli memarlıq incilərindən həssaslıqla istifadə edilir.\r\n\r\nNəzərə alsaq ki, bu gün Gəncənin 30 küçəsində, 1500-dən artıq obyektində yenidənqurma və təmir-bərpa işləri aparılır, onda işin həcmi barədə tam təsəvvür yaranar. Bu isə o deməkdir ki, Gəncə tarixiliyini saxlamaqla müasirliyinə doğru qətiyyətlə addımlayır.\r\n\r\nPrezident İlham Əliyevin İmamzadə tarixi-dini kompleksin bərpası ilə əlaqədar imzaladığı sərəncamla burada yenidənqurma işləri xüsusi layihə əsasında həyata keçirilir. Bu da dinimizə dövlət səviyyəsində qayğını və hörməti bir daha təsdiqləyir. Hazırda ziyarətə gələnlərin ibadəti və istirahəti üçün nəzərdə tutulan və 700 kvadratmetr sahəni əhatə edən ikimərtəbəli binanın inşasına başlanıb.\r\n\r\nGöründüyü kimi, Gəncə cənab Prezidentin diqqət və qayğısı ilə inkişafına doğru hər gün yeni addım atır. Deyilməsi vacib olan bir də odur ki, Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev cənab Prezidentin tapşırıq və göstərişlərinə olduqca yaradıcı, çevik münasibət göstərir. Bununla yanaşı görülən işlərə kollegial yanaşma da öz müsbət bəhrəsini verir.Elə bu səbəblərdən də işlərin tempi bir an belə səngimir. Təqdirəlayiq haldır ki, İcra Başçısı işinin çoxluğuna baxmayaraq vaxtaşırı kollektivlərdə olur, insanlarla görüşür, qayğı və çətinliklərlə maraqlanır. Bu da, necə deyərlər, hər sahədə işin keyfiyyətinə və sürətinə böyük stimul verir. Belə bir görüş Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti ilə də keçirildi. Tanışlıq və gələcək işlərin nədən ibarət olacağını diqqətə çatdıran həmin görüş indi də böyük ziyalı kollektivinin yadından çıxmayıb. Başçının bizə verdiyi tapşırıq və tövsiyyələr də şübhəsiz ki, mərhələli şəkildə öz həllini tapır.\r\n\r\n.\r\n\r\nBütün bunlar əsas verir ki, şəhərdə yaşayan və fəaliyyət göstərən hər bir şəxs, eləcə də kollektiv işinə məsuliyyətli olsun, doğma şəhərinin inkişafına, onun tarixi dəyərlərinin bərpasına kömək əlini uzatsın. Zaman gələcək ki, Gəncə milli memarlığını qoruyub saxlamaqla inkişaf tarixində də əbədi yer tutacaq, dünyanın aparıcı şəhərləri ilə müqayisə ediləcək dərəcədə gözəlləşəcəkdir. Çünki, Gəncənin inkişafı ayrı-ayrı fərdlərin yox, dövlətin aparıcı siyasət xəttini təşkil edir. Dövlət səviyyəsində, özü də əsaslı şəkildə aparılan işlər isə əbədi və uzunömürlü olur. Bu gün Gəncə də məhz bu xətt üzrə inkişaf edir, müasirləşir və gözəlləşir. Dövlət başçısı cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Ölkəmizin əsas yeraltı sərvətlərindən olan neft-qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.\r\n\r\nHəm dövlət başçısı, həm aidiyyəti qurumlar, həm də şəhər icra hakimiyyəti tərəfindən yüksək qayğı və işgüzar münasibət görən ADAU-nun professor-müəllim kollektivi bir qayda olaraq çalışır ki, ölkənin aqrar bölməsini səviyyəli və bacarıqlı kadrlarla təmin etsin. Universitetdən məzun olan hər tələbə istehsalatda özünü doğrultsun, vətənimiz Azərbaycan üçün dəyərli kadr kimi formalaşsın. Yəni təhsilimiz də inkişaf edən Azərbaycanın, Gəncənin adına layiq olmalıdır. Deyim ki, müasir Azərbaycanın təhsil sistemində özünəməxsus yeri olan ADAU dövlətin aqrar elmin inkişafına göstərdiyi yüksək qayğı nəticəsində ilbəil daha yaxşı göstəricilərə nail olur. Qısaca desəm, təhsilə belə yaradıcı münasibət əla nəticələrin əldə edilməsinə güclü stimul verir.\r\n\r\nAvropa Rektorlar Şurası Assambleyasının “Elm və Təhsildə Nailiyyətlərə görə” Azərbaycan Dövlət Aqrar Universitetini və onun rektorunu “Qızıl medal”la təltif etməsi də birbaşa göstərilən qayğı və diqqətin nəticəsidir. Tələbə qəbulu üzrə də nəticə ilbəil yaxşılaşır. Tələbə qəbulunun sayı 2008-ci ildə 750 nəfər olduğu halda, 2010-cu ildə 1200 nəfərə çatdırılıb. Hər bir tələbənin yüksək təhsil alması üçün də beynəlxalq standartlara cavab verən şərait yaradılıb. İxtisasların sayı isə 30-a çatdırılıb. 2009-2010-cu tədris ilindən universitetimizdə bütün ixtisaslarda kredit sistemi tətbiq edilib. 500-dən çox stolüstü və fərdi kompüter, 54-dən artıq proyektor, fakültə və kafedralarda sürətli internetə çıxış yaradıcılıq imkanlarımızı genişləndirib. Aqrar iqtisadiyyat fakültəsində Gəncədə ilk dəfə olaraq “internet-kafe” yaradılmışdır ki, bu da təhsilin inkişafında müasir texnikanın tətbiqi deməkdir. Dövlət Təhsil Standartlarına və tədris planlarına uyğun olaraq həm bakalavr, həm də magistratura səviyyəsində tədris-metodiki vəsaitlər, o cümlədən əksər ixtisaslar və fənlər üzrə Təhsil Nazirliyinin qrifi ilə təsdiq edilmiş dərsliklər, dərs vəsaitləri, fənn proqramları hazırlanmışdır və tədris prosesində onlardan istifadə yaxşı səmərə verir. Mühazirə mətnləri elektron kitabxanada ADAU-nun internet səhifəsinə yerləşdirilmişdir. Universitetdə tədrisin müasir formalarından olan interaktiv tədris üsulları tətbiq edilir. Təhsil Nazirliyinin əmrilə 1200-dən artıq fənn proqramına qrif verilmişdir. ADAU-nun əməkdaşları tərəfindən isə 2011-ci ilin birinci yarım ilində 54-ü xarici ölkənin nəşrlərində olmaqla 320 elmi məqalə, 16 dərs vəsaiti, 14 dərslik, 1 monoqrafiya, 4 tövsiyə nəşr olunmuş və 2 patent alınmışdır.\r\n\r\nSonda bir daha xatırlatmaq istəyirəm ki, Gəncə tarixinin müasir dönəmini çox böyük coşqu ilə yaşayır. Tarixiləşir, müasirləşir və iki böyük dəyərin əhatəsində özünün əbədiliyini qazanır. Bu da danılmaz həqiqətdir ki, Gəncədə bu günə kimi bu qədər əsaslı işlər görülməmişdir.\r\n

Mirdaməd SADIQOV,\r\n ADAU-nun rektoru, professor,\r\n əməkdar elm xadimi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 251
  • 98
  • 1,388
  • 4,279
ILK-10 Azeri Website Directory