Sabunçu rayonunun Bilgəh qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmişdir.\r\n\r\nVerilmiş tapşırıqların icrasının təmin edilməsi, Bakı qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 21-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 120-dək sahibkar iştirak etmişdir.\r\n\r\nTədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki sahibkar Nuridə Quliyevaya məxsus illik istehsal gücü 0,2 min ton tərəvəz məhsulları olan müasir istixana kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.\r\n\r\nTədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.\r\n\r\n”Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirində həmçinin, Sabunçu rayonunun iqtisadi potensialına uyğun olaraq, intensiv zəfərançılıq təsərrüfatlarının yaradılması, emalı və qablaşdırılması, müasir tələblərə cavab verən kiçik həcmli çörək zavodunun və  müasir istixana kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.\r\n\r\nTədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseynzadə dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı şəhərinin qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirmişdir.\r\n\r\nİqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının həcminin artdığını qeyd etmişdir. Bildirilmişdir ki, bu ilin 9 ayı ərzində ölkə iqtisadiyyatında 34,6 milyard dollar həcmində ÜDM istehsal olunub. 2011-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru 8,2% artmışdır.\r\n\r\nİqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakı şəhərini və qəsəbələrinin inkişafını nəzərdə tutan tədbirlər, bu tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.\r\n\r\nSahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında” 13 oktyabr 2011-ci il tarixli Fərmanı ilə güzəştli kreditlərin daha səmərəli istifadə olunması məqsədilə Fondun vəsaitlərinin istifadəsi Qaydalarında edilmiş dəyişikliklər barədə, həmçinin, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda İqtisadi İnkişaf Nazirliyinə verilmiş tapşırıqlara uyğun olaraq Sabunçu rayonunda dövlətin güzəştli kredit vəsaitləri hesabına maliyyələşdirilməsi prioritet hesab olunan sahələr barədə məlumat vermişdir.\r\n\r\nQeyd edilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 1357 investisiya layihəsinin maliyyələşdirilməsinə 114 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 69 investisiya layihəsinin maliyyələşdirilməsinə 96 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 2 milyon manat və 1282 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 16 milyon manat vəsait verilmişdir. Bu kreditlər hesabına 5300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 29,8 milyon manatı Bakı şəhəri və ətraf qəsəbələrinin payına düşür.  Maliyyələşdirilən layihələrin reallaşdırılması Bakı şəhərində və onun qəsəbələrində 1200-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.\r\n\r\nSonra müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 1,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.\r\n\r\nTədbirdə çıxış edən sahibkarlar Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.\r\n\r\n”Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri davam etdiriləcəkdir.\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory