Baş redaktordan

Müasir dünyamız demokratiyanı sivil və davamlı inkişafın prioritet istiqaməti kimi meydana çıxarmış, sivilizasiyalararası dialoqun əsas amili kimi müəyyənləşdirmişdir. Hazırda istənilən dövlətdə demokratiyanın inkişaf səviyyəsi həm də fərdin təbii azadlıqlarının qorunmasına zəmin yaradan plüralist mühitin formalaşdırılması, daha doğrusu söz, mətbuat, informasiya və fikir azadlıqlarının yüksək səviyyədə təminatı ilə ölçülür. Bu azadlıqlar cəmiyyətdə şəffaflığı, siyasi plüralizmi və tolerantlığı şərtləndirməklə, insanların beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Söz, fikir və mətbuat azadlıqları siyasi plüralizmi, eyni zamanda demokratik və şəffaf idarəçiliyi təmin edir. Bu dəyərləri öz fəaliyyətində daha çox təcəssüm etdirən kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi, ictimai rəyin formalaşmasında, ictimai–siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

\r\n

Söz, fikir, informasiya və mətbuat azadlıqları bir sıra beynəlxalq konvensiyalar və sazişlərlə, o cümlədən BMT- nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində ali dəyərlər kimi təsbit edilmişdir. Öz fikir və ideyalarını azad şəkildə ifadə etmək demokratik cəmiyyətin özəyi olmaqla yanaşı, onun tərəqqisinin və ayrılıqda hər bir fərdin inkişafının başlıca şərtlərindən biridir. Demokratik toplum özünə uyğun azad, müstəqil və plüralist medianın inkişafını təmin etməlidir.

\r\n

Ötən əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik inkişaf yolunu prioritet seçən Azərbaycan Respublikası da Ümumbəşəri dəyərlərə sadiqliyini bəyan etmiş, hər bir fərdin öz fikrini, rəyini müxtəlif trubunalarda, o cümlədən kütləvi informasiya vasitələrində tam sərbəst və azad şəkildə ifadə etməsinə, qanunla müəyyən olunmuş qaydada informasiya toplamasına, yaymasına, elecə də kütləvi informasiya vasitəsi təsis etməsinə maksimum imkanlar yaradan plüralist mühit formalaşdırmışdır. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə Ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk Milli Konstitusiyamızda söz, fikir və mətbuat azadlığı ilə bağlı konkret müddəalar əksini tapmışdır. Əsas Qanunun 47- ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı vardır, heç kəs öz fikir və əqidəsini açıqlamağa, yaxud fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Konstitusiyanın 50- ci maddəsi isə hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını təsbit edir. Bu maddə həm də kütləvi informasiyanın azadlığına təminat verməklə yanaşı, Kütləvi İnformasiya Vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasını qadağan edir.

\r\n

Azərbaycanda bu gün insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu təsdiqini həm də demokratik institut kimi formalaşmış Kütləvi İnformasiya Vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda tapır.

\r\n

Azərbaycanda azad sözə, plüralizmə, milli- mənəvi dəyərlərimizə, ümummilli maraqların ifadəsinə olan meyl və maraq daha bir informasiya orqanının- Tele- İnform Xəbərlər Mərkəzi MMC – nin yaranmasın da rəvac verdi və bu qurum həmin adla ictimai – siyasi və mədəni həyatımıza ayaq açdı. 8 sentyabr 2004 – cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyaından keçərək müstəqil təsərrüfat subyekti və kommersiya təşkilatı kimi öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəlləsinin, “Məhdud Məsuliyyətli Müəssisələr Haqqında” Azərbaycan Respublikasının Qanunlarının, özünün Nizamnamə və digər qanunvericilik aktlarının tələbləri baxımından tənzimləyir və aşağıdakı fəaliyyət növlərini həyata keçirir:\r\nRespublikamızın ictimai, iqtisadi və mədəni həyatının bütün sahələrindən obyektiv qəzet məqalələri, radio – televiziya informasiyaları və materialları hazırlayır, Azərbaycanın və dünyanın kütləvi informasiya vasitələrinə ötürür. Eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyi ilə və xarici dövlətlərin müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etməklə Azərbaycan Respublikasında və Xaricdə hüquqi şəxs statuslu tabe (törəmə) müəssisələr, filiallar və nümayəndəliklər təşkil edir, xidmətlər göstərərək mənfəət əldə edir, maliyyələşir.

\r\n

İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ

\r\n

\r\n\r\n 

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 168
  • 29
  • 954
  • 2,828
ILK-10 Azeri Website Directory