Gündəm

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

Ardını oxu »

“ZƏFƏR QƏLƏBƏSİ BÜTÜN REGİONDA YENİ REALLIQ YARADIB”

 Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, üç Qafqaz dövlətinə səfəri ilə bağlı, Ermənistan səfərindən sonra   2021‑ci il 18 iyul tarixində Azərbaycana gəlib. Paytaxt Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra  birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan Prezidenti Ali qonağı salamlayaraq, görüş barədə fikirlərini bölüşüb.

“Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.

Ardını oxu »

İnformasiya müharibəsi ancaq sosial şəbəkədə nəsə yazmaq deyil… -Səxavət Məmməd yazır

Təxminən 30 ilə yaxın Qarabağ problemi ətrafında danışıqlar getdi. Dağlıq Qarabağ və ətraf rayonlar. Əslində münaqişənin açarı bu sözlərdədir. Erməni tərəfi Dağlıq Qarabağı işğal etdikdən sonra, ətraf rayonları da işğal etdi. Danışıqlarda təkliflər də bu yöndə idi. Ətraf rayonlar qaytarılır, Dağlıq Qarabağın statusu sonra həll edilir. Ermənilərə Dağlıq Qarabağ lazım idi. Ətraf rayonlar isə bufer zona idi. Bufer zonaları olsa da, çox ciddi bir iş də görmüşdülər. Erməni rəsmiləri dəfələlər Naxçıvanla bağlı iddialarını səsləndirmişdi. Məsələ ondadır ki, bu təkcə rəsmi açıqlamalarla qalmırdı. Çox ciddi informasiya müharibəsi aparılırdı. Bizim təkhüceyrəlilər elə bilir ki, informasiya müharibəsi ancaq sosial şəbəkədə nəsə yazmaqdır. Erməni tərəfində isə Naxçıvan məsələsi tarixçilər, politoloqlar, siyasi partiyalar səviyyəsində müzakirə edilirdi.

Ardını oxu »

Peskov Qarabağdakı vəziyyətin tənzimlənməsinin gedişatından DANIŞDI

 Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi prosesi yaxşı gedir. Rusiya Prezidenti Vladimir Putin həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daim təmasdadır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bəyan edib.

Ardını oxu »

Putin: “Moskva və Bakı Azərbaycanda COVİD vaksini istehsalı üzərində çalışır”

Rusiya və Azərbaycan pandemiya ilə mübarizə sahəsində fəal əməkdaşlıq edir.

TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bəyan edib.

O, bildirib ki, Bakı və Moskva Azərbaycanda COVİD vaksini istehsalına başlamaq üzərində çalışır.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxanada tammətnli elektron bazaların sayı artırılır

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası beynəlxalq əməkdaşlıq çərçivəsində Yaponiyanın Riyaziyyat Cəmiyyəti ilə əlaqələri intensiv olaraq inkişaf etdirməkdədir. Sözügedən təşkilatla qarşılıqlı mübadilə nəticəsində hər iki qurumun profilinə uyğun kitab mübadiləsi aparılaraq fondları elmi ədəbiyyatlarla zənginləşdirilir. Nəticədə riyaziyyat sahəsi üzrə elmi tədqiqat işləri aparan alimlər, mütəxəssislər bu nəşrlərdən öz elmi əsərlərində yararlanmaq imkanı əldə edirlər. Hazırda MEK tərəfindən əldə edilən Yaponiyanın Riyaziyyat Cəmiyyətinə məxsus aşağıdakı elmi jurnalların yapon və ingilis dillərində tammətnli elektron bazalarında əlçatanlıq imkanı yaranıb. Hər bir nəşr özlüyündə orta hesabla 2000-ci ildən 2021-ci ilə qədər olan nömrələri cəmləyib. Bəzi nəşrlərin 1930, 1960, 1970-ci illərə aid arxiv nömrələri də yer alıb.

Ardını oxu »

Şeyxülislam Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Adalet.az təbrik mətnini təqdim edir:

“Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərim!
​İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana sədaqətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.

Ardını oxu »

Goranboy: Dəliməmmədli şəhərində Şəhidlər Xatirə-Bulaq Kompleksi istifadəyə verildi

Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun ictimai fəalları, Şəhid ailələri və Qazilər, Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə, Dəliməmmədli şəhərində inşa edilmiş Şəhidlər Xatirə-Bulaq Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etdilər.

Ardını oxu »

Xarı Bülbül Trabzonda – Fəridə RƏHİMLİ yazır

15 Temmuz qardaş Türkiyənin qəhrəmanlıq dastanının – növbəti zəfərinin beş ili. Xalq, millət olaraq bu günün dirənişi tarixlərə yazıldı. Türkiyə xarici düşmənlərlə yanaşı içindəki satqınlara qarşı da eyni təpkini göstərdi. Artıq düşmənlərini sərhəddindən uzaqlaşdıran Türkiyə həmişə olduğu kimi, yenə nankor qonşularla, inkişafını, birliyini gözügötürməyənlərlə sonsuz mübarizədədir. Düşmən azalmasa da, yorulmasa da, usanmasa da, Türkiyə də pəs etmir, daha da güclənir. Çünki arxasında xalqı duran dövlət heç bir güc qarşısında əyilməz. Nə gözəl deyilib: “Türk olmaq çətindir, çünki dünyaya qarşı savaşırsan. Türk olmamaq daha çətindir, çünki türklərlə savaşırsan…”.

Ardını oxu »

Xarı Bülbül Trabzonda – Fəridə RƏHİMLİ yazır

  15 Temmuz qardaş Türkiyənin qəhrəmanlıq dastanının – növbəti zəfərinin beş ili. Xalq, millət olaraq bu günün dirənişi tarixlərə yazıldı. Türkiyə xarici düşmənlərlə yanaşı içindəki satqınlara qarşı da eyni təpkini göstərdi. Artıq düşmənlərini sərhəddindən uzaqlaşdıran Türkiyə həmişə olduğu kimi, yenə nankor qonşularla, inkişafını, birliyini gözügötürməyənlərlə sonsuz mübarizədədir. Düşmən azalmasa da, yorulmasa da, usanmasa da, Türkiyə də pəs etmir, daha da güclənir. Çünki arxasında xalqı duran dövlət heç bir güc qarşısında əyilməz. Nə gözəl deyilib: “Türk olmaq çətindir, çünki dünyaya qarşı savaşırsan. Türk olmamaq daha çətindir, çünki türklərlə savaşırsan…”.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 468
  • 171
  • 15,209
  • 46,431
ILK-10 Azeri Website Directory