İdman

Qubada yeni futbol stadionu tikiləcək

“Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol stadionunun tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün nəzərdə tutulub”.

Bu fikirləri “Report”a Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Murad Xeyrullayev deyib.

“Qudyal çayı sahilində 41 hektar ərazidə istirahət parkının salınması nəzərdə tutulub. Şəhərin Heydər Əliyev prospektində və Qudyal çayının sahilində istismar müddətini başa vurmuş həyətyanı evlərin sökülərək yerində yeni yaşayış evlərinin tikintisi planlaşdırılır.

Ardını oxu »

Gəncəli güləşsi Avropa çempionu olub

İspaniyanın Pontevedra şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 sərbəst güləşçisi qızıl medal qazanıb.

Yeniyetmələr arasında olimpiya çempionu Turan Bayramov 65 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/8 finalda Gürcüstan idmançısına minimal fərqlə qalib gələn Bayramov daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib.

Ardını oxu »

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı tədbir

Bakıda təşkil olunacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qalması ilə bağlı tədbir keçirilib.

ONA-nın məlumatına görə, Atletlər Kəndində baş tutan mərasim çərçivəsində federasiyalar arasında bölüşdürülmüş beş idman zonasında – basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülükdə gənc idmançılar bacarıqlarını nümayiş etdiriblər.

Ardını oxu »

İlham Əliyev Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyununa baxıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.

Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutdu.

Ardını oxu »

Futbol üzrə “Coca-Cola Məktəbli Kubokunun” Samux rayon birinciliyinin qalibi bəlli oldu

Samux şəhər 2 saylı tam orta məktəbində Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Gənclər Birliyi və AFFA-nın Gəncə  Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Coca-Cola Məktəbli Kubokunun rayon birinciliyinin yarımfinal və final oyunları təşkil olundu.

Yarışda ümumilikdə 22 komanda mübarizə apardı. Bu gün təşkil olunan yarımfinal və final mərhələsində 8 komanda mübarizə apardı . Hakimin yekun protokoluna əsasən Çobanabdallı kənd tam orta məktəbi 1-ci, Qarabağlar kənd tam orta məktəbi 2-ci, Samux şəhər 3 saylı tam orta məktəb komandası isə 3-cü yerə layiq görüldülər.

Ardını oxu »

Azərbaycan Qran-prisi Valtteri Bottasın qələbəsi ilə yekunlaşdı

“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

ONA-nın məlumatına görə, Bakıda keçirilən mövsümün dördüncü mərhələsində “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.

O, 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsi olub. 

Ardını oxu »

Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək

5 mart-Bədən Tərbiyəsi və İdman Günü tədbirləri bu il fərqli formatda qeyd ediləcək.

Bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova verib. O, bildirib ki, Gəncə şəhəri Avropanın idman paytaxtı elan olunduğu üçün bu il 5 mart-Bədən Tərbiyəsi və İdman Günü tədbirlərinin Gəncə şəhərində daha geniş formatda keçirilməsi nəzərdə tutulub.

Ardını oxu »

Gəncənin bir qrup nümayəndəsi Serbiyada Gənclər paytaxtı 2019 – un açılışında işitrak ediblər

Yanvar ayının 24-27 tarixlərində Serbiyanın 2019-cu il üzrə Avropa Gənclər Paytaxtı seçilən Novi Sad şəhərinin açılış mərasimi həyata keçirilib. Açılış mərasiminə Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç, Avropa Kommisyasının yüksək rütbəli nümayəndələri, dövlət nümayəndələri və xarici qonaqlar iştirak edib.

Ardını oxu »

“Qarabağ” “Olimpiya”ya qalib gəldi

“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə qoşulub.

525.az-ın Qol.az-a istinadən məlumatına görə, Ağdam klubu birinci təsnifat mərhələsinin ilk matçında səfərdə “Olimpiya”nın qonağı olub. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyada start verib.  Ardını oxu »

“Formula-1” Azərbaycan Qran-prisi start götürür

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür.
Apasport.az saytının məlumatına görə, paytaxtımızda ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

Ardını oxu »

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 66
  • 14
  • 887
  • 3,338
ILK-10 Azeri Website Directory