Hüquq

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başladıldı

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ardını oxu »

Anar Qasımlı: Şəhid ailələrinə xidmət etməkdən qürur duyuruq!

İddialara görə, özünü jurnalist kimi təqdim edən bir neçə nəfər gedib şəhid ailələrindən pul alıblar. Alıblarsa, burunlarından gəlsin, bu öz yerində.

Düşünürəm ki, özünü jurnalist kimi təqdim edib şəhid ailələrindən pul alanlar olduğu kimi, özünü vəkil kimi də təqdim edərək, şəhid ailələrindən guya onların hansısa problemlərini həll etmək üçün pul istəyənlər, alanlar da ola bilər.

Ardını oxu »

Vüqar Səfərlinin məhkəməsinin vaxtı məlum oldu

 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Adalet.az-ın məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin olunub.

Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq. İttihama görə, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Ardını oxu »

Elmar Vəliyevlə bağlı ekspertiza rəyi AÇIQLANDI

Gəncənin sabiq icra başçısı barəsində ekspertizanın nəticəsi məlum olub.

Adalet.az xəbər verir ki, vəkil Cavad Cavadov bildirib ki, “Gəncə işi” ilə bağlı məhkəmə iyulun 15-də davam edəcək.

“Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”, – deyə vəkil qeyd edib.

Ardını oxu »

DSMF-nin rüşvət alan vəzifəli şəxslərinə hökm oxundu

Şəki Apelyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş Rayon Şöbəsinin vəzifəli şəxsləri – Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məharət Əhmədov və Qaraş Şahmuradovun hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Nigar Həsənova isə 4 il müddətinə azadlıqdan məhrum edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab elunub.

Ardını oxu »

Ədliyyə sistemi dövlətimizlə bərabər inkişaf edir

Bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlayıb. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub və həmin ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilib. Ardını oxu »

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

Təzə binadan mənzil almışam, lakin mülkiyyət sənədim yoxdur, yalnız müqavilə və maliyyə arayışı var. Əvvəl yaşadığım evin qeydiyyatından çıxıb yeni mənzilə qeydiyyata düşmək istədim. Binanın yeni tikili olduğunu əsas gətirib imtina etdilər. Bu qanunidirmi?\r\n\r\nSəməd Kazımov,\r\n Bakı şəhəri\r\n\r\n- “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsi ilə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: Ardını oxu »

oxucuların suallarına cavab verir

Nikah bağlandıqdan sonra avtomatik olaraq yoldaşım mənim qeydiyyatda olduğum evə qeydiyyata düşə bilərmi? Qeyd edim ki, ev atamın adınadır.\r\nCavid Bayramlı,\r\nSumqayıt şəhəri\r\n- “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim olunmalıdır: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Ardını oxu »

Oxucuların suallarına cavab verir

Yaşadığımız beşmərtəbəli evin 12 metrliyində çoxmərtəbəli binanın inşası üçün qazıntı işlərinə başlayıblar. Eşitdiyimə görə, şəhərsalma ilə bağlı yeni qanun qəbul edilmişdir. Həmin qanun belə tikintiyə icazə verirmi? Ardını oxu »

Oxucuların suallarına cavab verir

Heç bir yerdə işləmirəm. Qızımın 3 yaşı tamam olub, amma uşağın anadan olmasına görə müavinət almamışam. Doğum haqqında şəhadətnaməsi də var. İndi həmin pulu ala bilərəm?\r\n\r\nSəltənət Fətəliyeva,\r\n\r\nNaftalan şəhəri\r\n\r\n- “Sosial müavinətlər haqqında” qanunun 4.0.2.2-ci maddəsi uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsini nəzərdə tutur. Həmin qanunun 7.0.12-ci maddəsinə əsasən, uşağın anadan olmasına görə müavinət – müvafiq icra hakimiyyəti orqanı (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində) tərəfindən verilmiş arayış təqdim edildikdə təyin edilir. Ardını oxu »

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 46
  • 17
  • 15,578
  • 44,210
ILK-10 Azeri Website Directory