Bölgə

Səbail rayonunda sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

İyulun 18-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən 239 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, Badamdar qəsəbə nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri və qəsəbə sakinləri iştirak etmişlər.

Ardını oxu »

Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihəyə Şamaxıda start verildi

Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatı keçirilib.

Tədbirdə Vergilər Nazirliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, rayondakı qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rahbərləri, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları iştirak ediblər.

Ardını oxu »

“ŞƏMKİRDƏ SON İKİ AYDA 22 NƏFƏR KÖNÜLLÜDƏN 7 NƏFƏRİ İŞLƏ TƏMİN OLUNUB”

İyulun 18-də Şəmkir rayonu üzrə təcrübə keçən könüllülərlə görüş keçirilib. Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Millət Vəkili Sahibə Qafarova iştirak ediblər.

Tədbirdə çıxış edən Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı” dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq baxımından çox önəmli və vacib faktordur.

Ardını oxu »

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri seçildi

Pirallahı rayonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon filialının sədrinin seçilməsi məqsədilə iclas keçirildi. Tədbirdə RİH məsul əməkdaşları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təmsilçiləri, rayon Ağsaqqallar şurasının üzvləri, müharibə əlilləri,  veteranlar və digər qonaqlar iştirak etdilər.

Ardını oxu »

Prezident Administrasiyasının məsul işçiləri Tərtərdə vətəndaşların müraciətlərini dinləyiblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 18-də Tərtər rayonunda görüş keçirilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzarətə götürülüb.

Ardını oxu »

Şamaxı turistlər üçün cəlbedici bölgədir

Zəngin flora və faunası, uzaq keçmişimizdən bu günümüzədək gəlib çatan tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə zəngin olan Şamaxı son illər nəinki yerli, xarici turistləri belə özünə çox cəlb edir.
   Cümə məscidi, Gülüstan qalası, Yeddi Günbəz, Kələxana türbələri və bir çox digər tarixi abidələr, çox qədim zamanlardan bəri yaşadılan xalq sənətkarlığı, milli memarlıq ənənələri bu gün də Azərbaycanın bir parçası olan Şamaxını gəlimli-gedimli edib. Təsadüfi deyildir ki, bölgəyə gələn turistlərin sayı ildən-ilə artır.

Ardını oxu »

“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır

Almaniyanın “Mortimer Reisemagazin” jurnalında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə dair məqalə dərc olunub (https://www.mortimer-reisemagazin.de/jubel-in-aserbaidschan-sheki-neues-weltkulturerbe/).

Məqalədə Qafqaz dağlarının ətəyində yerləşən Şəki şəhərinin mərkəzindən keçən Qurcanaçayın onu iki hissəyə ayırdığı, qədim İpək Yolunun üzərində yerləşən şəhərdə 1762-ci ildə inşa edilmiş möhtəşəm Şəki Xan Sarayının və yay sarayının mövcud olduğu vurğulanır.

Ardını oxu »

Hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə

Qazax rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində çoxlu sayda tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, çağırış yaşına çatmış gənclər həqiqi hərbi xidmətə çox böyük ruh yüksəkliyi ilə gedirlər. Növbəti çağırış zamanı da yolasalma mərasimində əsl izdiham yaşandı.

Ardını oxu »

Samux rayonunda 2019-cu ilin məhsulu üçün əkin sahələrinin qəti uçotu uğurla aparılmışdır

Samux rayonunun iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı və heyvandarlıq məhsullarının  istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyuyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.
Kənd təsərrüfatının əsas sahələrindən biri də əkinçilikdir.
2019-cu ilin məhsulu üçün 22367 hektar sahə əkin altında olmuşdur.

Ardını oxu »

Gəncədə Ombudsman və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə növbəti regional dinləmə baş tutub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili BMT-nin Əhali Fondu iləbirlikdə Gəncə şəhərində 11 iyul — Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans təşkil edib. Konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkili (Ombudsman) Elmira Süleymanova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Millət vəkili İlham Məmmədovm və başqaları iştirak ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 0
  • 0
  • 680
  • 2,700
ILK-10 Azeri Website Directory