Bölgə
Samux: Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq

Dövlət başçısının işğaldan azad ounmuş hər bir səfəri isə ayrıca önəm daşıyır. Əvvəla, ermənilər tərəfindən dağıdılmış, talan edilmiş şəhər və kəndlər abadlaşır, bunun üçün yeni təməllər qoyulur, açılışlar həyata keçirilir. Bu səfərlər digər bir tərəfdən isə düşmənlərimizin məğlubiyyət yanğılarını daha da körükləyir.
Fevralın 14-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri də bu nöqteyi-nəzərdən olduqca əhəmiyyətli idi. Dövlət başçısı ilk olaraq Füzulidə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu, sonuncu Moskva bəyanatında nəzərdə tutulan Qarabağın nəqliyyyat infrastrukturunun yenidən qurulması işlərinin artıq başladığını göstərdi.
Ağstafa: Müəllim, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Əmirxan Əhmədov: Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımız yenidən cənnətə çevriləcək

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işağaldan azad olunmuş torpaqlarımıza növbəti səfərləri Zəngilan, Laçın və Cəbrayıl rayonlarına olub.
Müzəffər rəhbərimizin bu tarixi səfərləri də hər bir soydaşımız kimi, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, hazırda Ağstafa şəhər 2 saylı tam orta məktəbdə Çağırışaqədərki hazırlıq fənn rəhbəri işləyən Əmirxan Əhmədovda böyük qürur hissləri doğurub.
Ardını oxu »Qazax: İcra başçısı COVID-19 əleyhinə peyvənd olunub
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Hazırda rayonda yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiya prosesi aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da Rayon Mərkəzi Xəstəxanasına gələrək COVID-19 əleyhinə peyvənd olunub.
Göygöl: Vətən müharibəsinin qazisi yeni vəzifəyə təyin olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri vəzifəsinə təyinat olub.
Ardını oxu »Gədəbəy: Rayonun 101 yaşlı sakini COVİD-19 pandemiyasına qarşı peyvənd edildi
Gədəbəy rayonunun 101 yaşlı sakini COVİD-19 pandemiyasına qarşı peyvənd edildi. Rayonun Xarxar kəndində yaşayan 1920-ci il təvəllüdlü 101 yaşlı Cavadova Ərus Cəfər qızı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gələrək peyvənd edilmişdir.
Ərus Cavadova vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Ardını oxu »Samux: RTŞ-nin rəhbərliyi, şöbənin əməkdaşları və məktəb direktorlarının iştirakı ilə onlayn Təhsilyanı Şura iclası keçirilib
Samux Rayon Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və rayon ümumi təhsil məktəblərinin iştirakı ilə onlayn Təhsilyanı Şura iclası keçirilib.
İclasda mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq sanitar – gigiyenik tələblərə əməl oluması, əyani və distan dərslərin təşkilində təlimatlara uyğun şərtlərin diqqət mərkəzində saxlanmasına, dərs cədvəllərinin düzgün tərtib olunmasına, sinif jurnallarında keçirilmiş summativ qiymətləndirmələrin düzgün aparılması qaydalarına, məktəblərdə direktor və müavinlərin, psixoloq, UBTR, kitabxanaçıların vəzifə funksiyalarına, məktəbin Fəaliyyət Planına, iş planlarına uyğun işləmələrinə, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində mövzular diqqət mərkəzinə çatdırılıb.
Goranboy: Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi Şəhidi, Məmmədov İbrahim Nadir oğlunun Rəhimli kəndində məzarını ziyarət etdilər
Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi Şəhidi, Məmmədov İbrahim Nadir oğlunun Rəhimli kəndində məzarını ziyarət etdilər.
Ardını oxu »Tərtər: Təhsil naziri UNICEF və BQXK nümayəndələri ilə birgə müharibə nəticəsində zərər görmüş məktəblərdə olub
Fevralın 12-də təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanış olub.
Xarici tərəfdaşlar dağıdılmış binaların, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.
Ardını oxu »Gədəbəy: RİH-də vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin 01.12.2020-ci il tarixli Sərəncamı ilə «Qubadlının azad olunmasına görə”, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Zeynalabdiyev Elçin Musa oğlu təyin edilmişdir.
Ardını oxu »Goranboy: Fevralın 15-dən etibarən uşaq bağçalarının fəaliyyətinin bərpa edilməsi ilə əlaqədar olaraq, Goranboy rayon İcra Hakimiyyətində online görüş keçirildi
Online görüşdə Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Mirvari Ağamalıyeva, Şöbə müdiri Sərdar Sadıqov, Gigiyena və Epidemiologiya Mərkəzin direktoru Afayat Köçərli və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Videoformatda keçirilən görüşdə rayonda fəaliyyət göstərəcək bütün bağçalarda dezinfeksiya işləri aparılması, tərbiyəçilər və texniki işçilər tərəfindən geniş təmizlik və tibbi-profilaktik işlərin görülməsi, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulması, hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturunun ölçülməsi, tərbiyəçilərin müntəzəm olaraq valideynlərlə əlaqə saxlaması məsələləri müzakirə edilmişdir.