Bölgə

Samux: Мaksinasiya işləri uğula davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkədə olduğu kimi Samux rayonunda da koronavirus pandemiyasına qarşı vaksinləşmə prosesi uğurla davam edir.

İnsanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə işi həyata keçirilir. Samux rayon Mərkəzi xəstəxanasında bu məqsədlə xüsusi sahə ayrılmış və könüllülük əsasında vaksinləşmə işi aparılır. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev də II doza ilə vaksin olunmuşdur.

Ardını oxu »

Daşkəsənin mərkəzinə 40 santimetr qar yağıb, yollar təmizlənir – RİH başçısının müavini

   Ötən gündən etibarən Daşkəsənin mərkəzinə yağan qarın hündürlüyü artıq 30-40 santimetrə çatıb.

Bu barədə Trend-ə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov deyib. Onun sözlərinə görə, güclü qar hələ də yağmağa davam edir:

“Qarın yağmasına baxmayaraq qabaqlayıcı tədbirlər sayəsində kommunal xidmətlərdə heç bir problemlər müşahidə olunmur. Əhaliyə işıq, qaz və suyun verilməsi davam etdirilir. O cümlədən əsas yollarda qabaqlayıcı tədbirlər görülüb. Texnikaların köməyi ilə yol qardan təmizlənib, qum səpilib. Hazırda kəndlərdə də texnikalar işləyir, yollarda gediş-gəliş təmin olunur”.

Ardını oxu »

Tovuz: Küləkli qar yağmışdır

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində Tovuz rayonuna güclü külək ilə müşahidə olunan qar yağmışdır.

Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq ərazilərin elektrik enerjisi, rabitə, təbii qaz təchizatı, yol infrastrukturu və digər zəruri məsələləri nəzarətə götürmüş və yağıntının törədə biləcəyi fəsadların aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsinə başlanmışdır. İşlərin gedişi nəzarətdə saxlanılır.

Ardını oxu »

Tovuz: Çərşənbə axşamı şəhid evlərinin qapısı döyüldü

“Ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Onların problemlərinin həlli istiqamətində dövlət tərəfindən davamlı layihələr həyata keçirilir. Prezident İlham Əliyev bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərilməli olduğunu bir vəzifə kimi qarşıya qoymuşdur”.

Bunları söyləməklə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Novruzun yel çərşənbəsi günü şəhid ailələrinin yanında olarkən dövlət tərəfindən onlara hər zaman diqqət və qayğının göstəriləcəyini xüsusi vurğuladı. O, həmin gün Düz Qırıqlı kəndində şəhid Asim Əliyev, Sahil Salmanov, Nəcməddin Bədirov, Əyyublu kəndində Vahid

Ardını oxu »

Samux: Gənclik mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnə bilirmi

Bu gün YAP Samux rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Gənclik mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnə bilirmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının Şura üzvləri və Gənclər Birliyinin üzvləri iştirak ediblər. Çıxış edən YAP  Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib.

Ardını oxu »

Qazax: Heydər Əliyev Fondunun dəstəyi ilə Qazaxda daha bir məktəb binası inşa olunur

2019-2023-cü illərdə Qazaxda 11 məktəb binasının əsaslı təmiri və tikintisi Dövlət proqramına salınıb. Məlumdur ki, Heydər Əliyev Fondu ölkədə bu vacib işlərin həyata keçirilməsində yaxından iştirak edir. Bu baxımdan Qazax rayonu da istisna deyil. 

Fondun təşəbbüsü və dəstəyi ilə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi tamamilə yenidən qurularaq artıq istifadəyə verilib.

Ardını oxu »

Bakı şəhər İcra Hakimiyyəti: Paytaxtın Nizami rayonunda ingilis layihəsinin tətbiqinə uğurla başlandı

2019-cu ilin iyul ayından Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin uğuru imkan verdi ki, bu layihənin növbəti mərhələsinə keçilsin. Görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində Nərimanov rayonunda xeyli irəliləyişlər əldə olunub.

Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq mart ayının 1-dən etibarən paytaxtın Nizami rayonu da bu layihəyə qoşulmuşdur.

Ardını oxu »

Goranboy: Vətən Müharibəsi Şəhidinin doğum günündə məzarı ziyarət olundu

İkinci Qarabağ-Vətən Müharibəsi Şəhidi Zeynalov Elşən Zaman  oğlunun doğum günü ilə əlaqədar olaraq, Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Rafət Qurbanov  və digər məsul vəzifəli şəxslər Düzqışlaq  kəndində Şəhidin ailəsi ilə birgə onun məzarını ziyarət etdilər, ruhuna dualar oxudular.

Ardını oxu »

Samux: “5 mart – Azərbaycanda Bədən tərbiyəsi və İdman gününə” həsr olunmuş onlayn toplantı keçirildi

Samux rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin bigə təşkilatçılığı ilə 5 mart – Azərbaycanda Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş onlayn toplantı keçirildi. Tədbiri açıq elan edən Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Azərbaycan idman ictimayyətini təbrik edərək il ərzində rayonun idman fəaliyyəti haqqında məlumat verdi.

Qeyd etdi ki, 2020-ci ildə dünyada idmanın fəaliyyətində səngimələr olsada, Azərbaycan dövlətinə düşərli oldu. 44 günlük müharibə ərzində işğal olunmuş torpaqlar öz sahibinə qayıtdı.

Ardını oxu »

Goranboy: Goran Regional Aqrotexnika Mərkəzində yerli fermer və sahibkarlarla birgə kənd təsərrüfatı toplantısı keçirildi

Goranboy rayonunda fəaliyyət göstərən Goran Regional Aqrotexnika Mərkəzində rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi, rayonun bəzi inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələri, bir qrup   fermərlər ilə  birgə kənd təsərrüfatı toplantısı keçirildi.Toplantıda  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak etdi.
Keçirilən toplantıda kənd təsərrüfatı maşınları, texnikaları və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan Aqrotexnika Mərkəzinin mövcud potensial  imkanlarından fermerlərin kənd təsərrüfatı işlərində,

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 149
  • 45
  • 4,131
  • 22,193
ILK-10 Azeri Website Directory