Dünya

Lavrov Yerevanda etirazla qarşılandı

Lavrov Yerevanda etirazla qarşılandı<b style="color:red"></b>

Ermənistanda Jirayr Sefilyanın “Milli Demokratik Qütb” hərəkatının Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevan səfərinə qarşı etiraz aksiyası keçirilib.

525.az qafqazinfo.az-a istinadən xəbər verir ki, aksiyada təxminən 200 nəfər iştirak edib.

Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan və onun tərəfdarlarından biri Yerevanda Rusiya səfirliyinin qarşısındakı aksiya zamanı saxlanılıb.

Ardını oxu »

Putin və Bayden Bakıda görüşə bilər

Putin və Bayden Bakıda görüşə bilər<b style="color:red"></b>

ABŞ prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər.

525.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın “Politico” nəşri yazıb.

Ardını oxu »

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 155 milyonu ötüb

Bu gün səhər saatlarına olan məlumata görə, dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 155 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, hazırda dünyada koronavirusa 155 milyon 4 min 889 yoluxma halı aşkarlanıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 241 min 691 nəfərə, sağalanların sayı isə 132 milyon 496 min 345 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderliyini davam etdirir. Birləşmiş Ştatlarda koronavirusa 33 milyon 274 min nəfər yoluxub, 592 min 409 nəfər ölüb, 25 milyon 966 mindən çox insan sağalıb.

Ardını oxu »

Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüldü

“Mənim addımım” bloku parlamentin növbədənkənar iclasında Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Azvision.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.

“Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, Paşinyanın Ermənistan prezidenti, “Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan” partiyalarının liderləri ilə danışıqları zamanı tərəflər seçkilərin iyunun 20-də keçirilməsinə razı olublar.

Ardını oxu »

“Qətiyyən “erməni soyqırımı” olmayıb” -Hulusi Akar

“Qətiyyən “erməni soyqırımı” olmayıb” - <b style="color:red">Hulusi Akar</b>

“Qətiyyən “erməni soyqırımı” olmayıb. Tarixdə bu açıq və dəqiq şəkildə yazılıb”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 1915-ci il hadisələrinə dair deyib.

O bildirib ki, siyasətçilər tarixçilik edə bilməz.

“Amerikalıların milli arxivləri var. Orada bu məsələ ilə bağlı bir xeyli sənəd var. Amerikalılar, ingilislər o sənədlərdə çox açıq və dəqiq şəkildə deyirlər ki, “türklər və ermənilər 500 ildir bərabər yaşayırlar, əgər biz qarışmasaq, bu nizamı pozmasaq 500 il daha bərabər yaşayarlar”. Sənəd açıqdır”, – deyə türkiyəli nazir vurğulayıb.

Ardını oxu »

“Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb” – Peskov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsini necə irəli aparması Vaşinqtonun xoşuna gəlmir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, ABŞ daha “yumşaq” bir Ankaraya üstünlük verərdi.

Ardını oxu »

İstanbulda planlaşdırılan terror aktının qarşısı alınıb

 İstanbulun mərkəzi Esənlər avtovağzalında planlaşdırılan terror aktının qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, avtovağzalda bir avtomobilin altına yerləşdirilən beş kilo partlayıcı maddə aşkarlanıb. Bununla bağlı iki PKK terrorçusu ələ keçirilib. Faktla bağlı araşdırma başladılıb.

Ardını oxu »

Dünyada COVID-19 virusuna yoluxanların sayı 150 milyon nəfəri ötüb

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 150 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, aprelin 28-nə olan məlumata görə, bütün dünyada koronavirusa 150 milyon 265 min 403 nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 164 min 887 nəfərə, sağalanların sayı isə 127 milyon 811 min 155 nəfərə çatıb.

Ardını oxu »

“Rusiya heç vaxt “Böyük yeddilər” formatına qoşulmayacaq”

"Rusiya heç vaxt “Böyük yeddilər” formatına qoşulmayacaq"<b style="color:red"></b>

“Rusiya “Böyük yeddilər” formatına qoşulmaq niyyətində deyil. “Böyük səkkizlər” Moskvanın iştirakı ilə olmayacaq”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Biz dəfələrlə demişik ki, ora daha heç vaxt getməyəcəyik. Bu “səkkizlər” artıq olmayacaq, bu, dünənki gün idi”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Ardını oxu »

Gürcüstan parlamentinə yeni sədr seçilib

Bu gün Gürcüstan parlamentinin iclasında təşkilati məsələyə baxılıb.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının üzvü, deputat Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.

AZƏRTAC xəbər verir ki, qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, parlamentin keçmiş sədri Arçil Talakvadze aprelin 24-də istefa verib.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 78
  • 12
  • 18,909
  • 34,215
ILK-10 Azeri Website Directory