Kriminal

Bağça direktoru rüşvət alanda yaxalandı

Xırdalan şəhər 17 saylı uşaq bağcasının direktorunun qanunsuz hərəkətləri barədə şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.\r\n\r\nProkurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, müəyyən edilib ki, bağcanın direktoru Lalə Əmirova xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Xırdalan şəhər sakininin azyaşlı qızının bağçaya qəbul olunmasına görə 200 manat məbləğində pul tələb etmiş, həmin məbləğin 100 manatını 2012-ci ilin dekabr ayında azyaşlının bağçaya qəbul edilməsi üçün zəruri olan sənədlərlə birlikdə rüşvət kimi alıb.\r\n\r\nL.Əmirova cinayətkar əməllərini davam etdirərək 4 mart 2013-cü il tarixdə xidməti otağında 60 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.\r\n\r\n Ardını oxu »

Bakıda qanlı hadisə

Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb\r\n\r\nBakının Sabunçu rayonu ərazisində Y.Saratov küçəsində qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 49 yaşlı Elşad Əhmədov 17 yaşlı Fəqan Əhədovu yaşadığı evin qarşısında bıçaqlayıb.\r\n\r\nAğır yaralanan Fəqan Əhədov isə davanın digər iştirakçısı həmyaşıdı Elvin Babayevi bıçaqlayıb adlı şəxsə bıçaqlayıb.\r\n\r\nHər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.\r\n

Ziya Babayev

Azərbaycanda daha bir ailə qətli

Ötən gün Ucar rayonunda dəhşətli ailə faciəsi baş verib.\r\n\r\nRayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Ucar şəhəri Heydər Əliyev prospektində rayon sakini Yəmən Əlihəsən oğlu Əsgərov həyat yoldaşı Sahibə Məmməd qızı Əsgərovanı qətlə yetirib. Ər həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisə ərin qısqanclıq üzündən arvadını xüsusi amansızlıqla öldürdüyü bildirilir.\r\n\r\nHadisəni törətmiş Y.Əsgərov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Ağdaş rayonunda 2 ay əvvəl itkin düşən həkimin qətlə yetirildiyi məlum olub

 Ağdaş. Elvin Yaqubov-APA. Azərbaycanın Ağdaş rayonunda iki ay əvvəl itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

\r\n

 Ağdaş rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Ağdaşşəhər sakini, 1965-ci il təvəllüdlü Elsevər Müğdət oğlu Məmmədov ötən il dekabrın 3-də saat 16:00 radələrində idarə etdiyi 10 EK 970 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik maşını ilə evdən çıxaraq geri qayıtmayıb. Onun öz maşını ilə Qəbələ rayonu istiqamətində hərəkət etdiyi bildirilib.

\r\n

 İki övlad atası olan və rayonda diş həkimi kimi çalışan Elsevər Məmmədovun tapılmasıüçün polis əməkdaşları tərəfindən iki ay ərzindəəməliyyat-axtarış tədbirləri həyata keçirilib.

\r\n

  Ardını oxu »

Bakıda qardaşları qanına qəltan edən şəxs tutulub

Qanlı cinayətdəəli olan digər şəxsin də kimliyi müəyyən olub 

\r\n

Bakının Nəriamnov rayonunda qanlı hadisə törədən şəxsi polis tutub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vüqar Orucovu bıçaqla öldürən, qardaşı Bəxtiyara isə xəsarət yetirən Emin Səfərov tutulub. Münasib Xəlilov adlışəxsin isə qanlı hadisədəəli olduğu müəyyənləşib.

\r\n

 Xatırladaq ki, yanvarın 28-də dəmir satışı ilə məşğul olan Bəxtiyar və Vüqar Orucov qardaşları satdıqları malın pulunu götürməyə gəliblər. Onlar saunanın qarşısında dayanaraq mübahisə edən zaman qətli törədən şəxs onlara eyvanının altında dayanmalarını irad tutub. Sonra həmin şəxs qardaşların üstünə gəlib və onlar arasında mübahisə böyüyüb. Həmin şəxs gedib, bir neçə nəfərlə qardaşların üstünə gəlib. Bıçaqla hər iki qardaşa zərbələr endirib.

\r\n

 Onu da əlavə edək ki, Vüqar və Bəxtiyarın daha bir qardaşları var. Onların kiçik qardaşı bir neçə gün əvvəl həddindən artıq narkotik qəbul etdiyinə görəölüb.

\r\n

Ziya Babayev

Azərbaycanda ər arvadının başını kəsdi – Faciə

 Bu gecə saat 02:00 radələrində Gəncəşəhərində 23 yaşlı gənc özündən 1 yaş böyük arvadının boynunu kəsib.

\r\n

 Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə 3-cü mikrorayon ev 12A, mənzil 2-də yaşayan 1990-cı il təvəllüdlü Ramin Əli oğlu Babayev arvadı 1989-cu i təvəllüdlü Təhminə Elxan qızı Mayılovanı vurub. Kişi bıçaqla arvadının boynunu kəsib. Daha sonra kişi polisə könüllü olaraq təslim olub.

\r\n

 İlkin araşdırmalar zamanı kişinin arvadını qısqanclıq zəmnindəöldürdüyü bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Azərbaycan paytaxtında atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb (YENİLƏNİB-VİDEO)

İki qrup arasında baş verən davada odlu silahdan və bıçaqdan istifadə edilib

\r\n

Balaxını qəsəbəsində iki qrup arasında baş verən atışma iştirakçılarından ikisi saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verdiyi məlumata görə, Əsəd Əliyev, oğlu Məhəmməd DİN BCAİ, BMCMİ, Bakı Şəhər BPİ CAİ və Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiklər əməliyyat tədbirləri nəticəsində tutulub. 

\r\n

Onlardan “Makarov” tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S.Əliyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir. Ardını oxu »

Bakıda qadını zorlayıb öldürənlər tutuldular

Onların biri Şəmkir, o birisi isə Zərdab sakinidir

\r\n

Bakıda yaşayan qadını zorlayıb öldürən Zərdab rayon sakini Şərif Allahverdiyev və Şəmkir rayon sakini Rövşən Qurbanov tutulub.

\r\n

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 29-da şəhər sakini Lyubov Qumennayanın meyiti tapılmışdı. Meyitə baxış zamanın onun üzərində cinsi təcavüz izləri aşkarlanmışdı. Polis dərhal əməliyyata başlamışdı.

\r\n

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadını zorlayıb və öldürən Zərdab rayon sakini Şərif Allahverdiyev və Şəmkir rayon sakini Rövşən Qurbanov tutulub. Onların cinayəti öz sübutunu tapıb. Faktla bağlı cinayəti işi başlanıb.

\r\n

   

\r\n

Ziya Babayev

Azərbaycanda 15 il əvvəl baş vermiş dəhşətli qətlin üstü açılıb

Musaxan Şəmiyev 1997-ci ildə qısqanclıq zəminində həmyerlisini baltalayıb

\r\n

Azərbaycanda dəhşətli qətlin üstü açılıb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Cəlilabad sakini, Hövsan qəsəbəsində yaşayan, 1958-ci il təvəllüdlü Musaxan Şəmiyevin daha bir dəhşətli cinayəti üzə çıxıb.

\r\n

Araşdırmalar zamanı məlum olub ki, M.Şəmiyev 1997-ci ildə qısqanclıq zəminində Cəlilabad sakini, 1963-cü il təvəllüdlü Heybət Vəzir oğlu Allahverdiyevi yaşadığı evdə baltalayaraq qətlə yetirib. M. Şəmiyev daha sonra onun meyitini öz evinin həyətindəki toyuq hinində basdırıb. Həyata keçirilən tədbirlər nəticəsində meyitin basdırıldığı yerə baxış keçirilib və mərhumun cəsədi çıxarılaraq ekspertizaya göndərilib. Ardını oxu »

Kişi arvadını öldürdü

Bakıda ər arvadını qətlə yetirib.

\r\n

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1-ci mədən, korpus 40 ünvanında yaşayan Könül Ağamalıyeva əri Elgün Ağamalıyev tərəfindən öldürülüb.

\r\n

Qətlin səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 44
  • 40
  • 685
  • 4,419
ILK-10 Azeri Website Directory