Azərbaycan

İlham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin valideynləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

Dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət etdilər.

Rauf Həsənov: 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.

Ardını oxu »

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Novruz bayramı

Fransadakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğu nəzərə alınaraq, bayram tədbirinə Fransada yaşayan Azərbaycan icmasının üzvləri, bu ölkənin incəsənət və mədəniyyət xadimləri, iş adamları, jurnalistlər də dəvət edilib.

Ardını oxu »

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib. Ardını oxu »

Prezident İlham Əliyev beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətini qəbul edib. Ardını oxu »

Sumqayıt «Gənclər Evi»nə könüllülər qəbul edildi

Dünən Sumqayıt «Gənclər Evi»ndə VI könüllü müsabiqəsinə yekun vurulub.

Sumqayıt Şəhər Gənclər və İdman baş idarəsinin dəstəyi ilə keçirilən müsabiqənin məqsədi  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrası, gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, könüllülük hərəkatına dəstək olmaqdır.

Ardını oxu »

Sinoptiklər xəbərdarlıq edir: Qar yağacaq

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 8-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.  Ardını oxu »

Prezident qayğısı Sumqayıtın inkişafının əsas şərtidir

Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir. Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci sənaye mərkəzidir.

İlham ƏLİYEV

İqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Ardını oxu »

El bir olanda…

Son aylar respublikamızın ərazisində çoxsaylı meşə yanğınlarının baş verməsi haqqında tez-tez məlumatlar alırıq. Bunun obyektiv və ya subyektiv səbəblərdən baş verməsinin araşdırılması heç şübhəsiz ki, daha çox hüquq-mühafizə orqanlarının üzərinə düşür.

Meşə yanğınları haqqında verilən məlumatlara onsuz da öyrəncəli olan insanlar yəqin ki, ilk baxışdan bu məqaləyə səthi də yanaşa bilərlər. Əslində isə burada fərqli bir məqama toxunmağa çalışmışıq. Ardını oxu »

İyirmi dörd ildən sonra səslənən ilk məktəb zəngi – Cocuq Mərcanlıdan

Bu gün göz önündə qurulub-çiçəklənən, hər gedişimizdə bir yenilik, inkişaf gördüyümüz Cocuq Mərcanlı kəndinin tarixində yeni bir səhifə açılır. 24 illik yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən qurulan yurd-yuvalarına qovuşmuş Cocuq Mərcanlı sakinləri bu gün daha bir bayram sevinci yaşayır: kənddə 24 ildən sonra yenidən məktəb zəngi səslənəcək. AZƏRTAC-ın müxbiri yeni salınan qəsəbədə olub, Bilik günündə cocuq mərcanlılıların, məktəblilərin sevincinə şərik çıxıb, onların təəssüratlarını qələmə alıb.

Ardını oxu »

Belaruslu qonaqlar İsmayıllıya səfərdən məmnun qalıblar

İsmayıllı rayonu ilə Belarus Respublikası Minsk vilayətinin Nesvij rayonu bir neçə ildir ki, qardaşlaşmış şəhərlər müqaviləsi əsasında bir-birinə qarşılıqlı səfərlər edir, kənd təsərrüfatı və mədəniyyət sahəsində təcrübə mübadilələri aparırlar.

Ardını oxu »

Arxiv
Təqvim
May 2019
S M T W T F S
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 124
  • 18
  • 582
  • 2,453
ILK-10 Azeri Website Directory