Yaddaş
Bu gün Xocalı soyqırımının 27 ili tamam olur

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Ardını oxu »Unudulması mümkün olmayan soyqırımı

Prezident İlham Əliyev tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırımı törədildiyini, yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, tarixi dədə-baba torpaqlarından deportasiya olunduqlarını dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının ölkəmizə qarşı ermənilər tərəfindən aparılan çirkin siyasətin davamı, əsl genosid aktı olduğunu söyləmişdir.
Ardını oxu »“20 Yanvar” şəhidi Valeri Boqdanovun ailəsi ziyarət olunub
“20 Yanvar” faciəsinin 29-cu ildönümü ərəfəsində gəncəli şəhid Valeri Boqdanovun ailəsi ziyarət olunub. Şəhər rəsmiləri, bir qrup dəmiryolçu və KİV nümayəndələri şəhidin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəfa Abbasova, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev, Gəncə Şəhər Kəpəz Rayon bələdiyyəsinin sədri Yaşar Abdullayev və DYQSC-Yük Daşımaları üzrə qərb bölgəsinin nümayəndələri iştirak ediblər.
Ardını oxu »Xocalı
Ürəklərə, baxışlara əbədi həkk olunmuş Xocalı
Redaksiyamızın qonaqları Xocalı soyqırımının şahidləridir
Nə az, nə çox, düz 26 il keçir o məsum gecədən. Yenə də o qış günü yaşanmış qorxu, həyəcan dolu anlar çözələnir. Yenə də qışın sərt gecəsində səmadakı atəş qığılcımları uşaqların, böyüklərin canlarına vəlvələ salır, meşəyə səpələnmiş günahsız insanların haraylarını atəş səsləri susdurur. Həmin gecə Xocalıda insanlıq ölür… Ardını oxu »
Xocalı
Xocalı faciəsi beynəlxalq cinayətdir
Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Heydər ƏLİYEV
Ümummilli lider
Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti Ardını oxu »
Xocalı
Narahat ruhların səssiz harayı
Bəşəriyyəti sülh və ədalətə səsləyən Xocalı abidələri
Tarixi abidələr, xüsusilə memorial komplekslər insanları təkcə sənət əsəri kimi düşündürmür, həm də tarixin müəyyən səhifələrində baş vermiş hadisələri yada salır. Dünyanın müxtəlif ölkələrində ucaldılmış Xocalı soyqırımı abidələri kimi. İlk baxışda adi sənət əsəri kimi təsir bağışlasa da, Latın Amerikasından tutmuş Avropaya qədər ictimaiyyətə tədqim edilmiş bu abidələrin həm də insanlığa çatdırmaq istədiyi bir fikir var: “Xocalıda yaşanan insanlıq dramı yer üzündə bir daha təkrarlanmasın”. Ardını oxu »
Xocalı
Kəşfiyyat zabiti Savelyevin “məxfi arayış”ı
Vladimir Savelyev sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuşdu. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə «Məxfi arayış»ını təqdim etmişdir. Ardını oxu »
Xocalı
Bəşər tarixinin dəhşətli faciəsi
Bu gün Vətənimiz, ölkəmiz kədərli bir gün ərəfəsindədir. 26 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamı xalqımızın, dünya ictimaiyyətinin yaddaşından silinməyib. Xalqımız, dünya azərbaycanlıları bu böyük faciəni, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımını dərin hüznlə yad edirlər. Bununla əlaqədar paytaxtda, həmçinin respublikamızın bütün bölgələrində anım mərasimləri keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir, ruhlarına dualar oxunur. Ardını oxu »
20 Yanvar – xalqımızın azadlıq arzusunun, müstəqillik uğrunda mübarizəsinin yenilməzlik günü
19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır.
Heydər ƏLİYEV
Ümummilli lider Ardını oxu »
O gecəni unuda bilmirəm
Dörd bir tərəfdən şəhərə hücum edən tankların, zirehli maşınların aləmi bürüyən gurultusu, avtomat güllələrinin şaqqıltısına qarışaraq qorxunc, vahiməli bir uğultu yaratmışdı. Kim idi tankların, zirehli maşınların üstündə şəhərə doğru şütüyən bu cəlladlar?! Onlar qırırdılar, qarşılarına çıxanları güllə yağışına tuturdular. Əliyalın insanlar özlərini atılan güllələrə sipər etmişdilər, qorxu bilmədən tankların qarşısına çıxırdılar. İstəmirdilər ki, bu cəlladlar şəhərə girib hər şeyi talan etsinlər. Quduz imperiyanın azğınlaşmış hərbi hissələri heç nəyə məhəl qoymadan irəliləyirdi. O gecə Bakıda dəhşətli bir fəlakət yaşandı. Ardını oxu »