Elm

“Jurnalistika” ixtisasına qəbul başlayıb

III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.

Bu barədə Adalet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 12-14 avqust 2021-ci il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Ardını oxu »

Kamal Abdulla Pakistan səfiri ilə görüşdü

  Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Adalet.az xəbər verir ki, rektor səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib.

Kamal Abdulla bildirib ki, ötən görüşlərdə təməli atılan ideyalar artıq son mərhələdədir:

“İnanıram ki, universitetimizdə açılacaq Pakistan dil və mədəniyyət mərkəzinin açılışı Pakistanlı və Azərbaycanlı gənclər üçün, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq”.

Ardını oxu »

Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn ediləcək

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu gün dəfn ediləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Ardını oxu »

İnsan maksimum neçə il yaşaya bilər

Alimlər hesab edirlər ki, insanlar heç vaxt 150 ildən artıq yaşaya bilməyəcəklər. “Daily Mail” qəzetində işıq üzü görmüş məqalədə bildirilir ki, biologiya və biofizika sahəsində ekspertlər Böyük Britaniya və ABŞ-dan olan yüz minlərlə könüllünün DNT-sini və tibbi məlumatları süni intellekt sisteminə təqdim ediblər.

Bu, sadəcə, istifadəçi məlumatları daxil etməklə bioloji yaşlanmanın sürətini və həyatın maksimum müddətini dəqiq qiymətləndirən süni intellekt bazasında iPhone üçün bir əlavəni inkişaf etdirməyə imkan verib.

Ardını oxu »

Hafiz Paşayev – 80

Tarixi şəxsiyyətə hörmət və ehtiramla

Hafiz Paşayev 1941-ci il mayın 2-də Bakıda doğulub. Onun bu il tamam olan 80 illik yubileyi təntənə ilə qeyd edilməyə layiq dəyərli hadisədir.

Çox xoşbəxtəm ki, ölkəmiz milli müstəqilliyini bərpa etdiyi gündən etibarən təhsil sahəsində ən böyük layihələrdən biri olan ADA Universitetinin inkişafında onunla yaxından işləmək fürsətim olub. Bu yolda qismətimdə Hafiz müəllimlə yoldaşlıq şansı olduğundan xeyli xatirələrim var və bunlardan bəzilərini oxucularla bölüşmək mənim üçün xüsusi bir şərəfdir.

Ardını oxu »

Akademik Kamal Abdulla Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Səfiri ADU-da görməkdən məmnun olduğunu deyən rektor, elm və tədris sahəsindəki əlaqələrdən danışıb, diplomatik fəaliyyəti müddətində səfirin imza atdığı uğurlu işlərə toxunub: “Siz artıq Azərbaycandakı öz diplomatik missiyanızı başa çatdırırsınız.

Ardını oxu »

Alimlər: Yeni qan damarları müvəqqəti protezin üstündə inkişaf edəcək

Ürək-damar xəstəlikləri tez-tez cərrahi əməliyyatla nəticələnir. Məsələn, damarlar çox daralıbsa və qanı buraxmırsa, onda cərrahlar şunt – süni damar yerləşdirir. Elə hal olur ki, xəstə damara genişləndirici – stent qoyulur. Habelə damarı çıxarıb onun yerinə protez qoyulur. Bu, insanda anatomik qüsur baş verəndə və damarlar düzgün formalaşmayanda (məsələn, ağciyər arteriyasında atreziya, ysuda Fallo tetrada) yeganə çıxış yolu olur.
Lakin ürək-damar cərrahiyyəsində adətən istifadə edilən sintetik protezlər yalnız diametri 5 millimetrdən çox olan böyük damarlarla yaxşı işləyir. Əgər söhbət daha dar damarlardan gedirsə, o zaman problem yaranır:

Ardını oxu »

Alimlər: Yeni qan damarları müvəqqəti protezin üstündə inkişaf edəcək

Ürək-damar xəstəlikləri tez-tez cərrahi əməliyyatla nəticələnir. Məsələn, damarlar çox daralıbsa və qanı buraxmırsa, onda cərrahlar şunt – süni damar yerləşdirir. Elə hal olur ki, xəstə damara genişləndirici – stent qoyulur. Habelə damarı çıxarıb onun yerinə protez qoyulur. Bu, insanda anatomik qüsur baş verəndə və damarlar düzgün formalaşmayanda (məsələn, ağciyər arteriyasında atreziya, ysuda Fallo tetrada) yeganə çıxış yolu olur.
Lakin ürək-damar cərrahiyyəsində adətən istifadə edilən sintetik protezlər yalnız diametri 5 millimetrdən çox olan böyük damarlarla yaxşı işləyir.

Ardını oxu »

Gənc alim beynəlxalq simpoziumda ölkəmizi təmsil edəcək

Bu ilin oktyabrında Türkiyə Cümhuriyyətinin Niğde şəhərində onlayn “Türk dünyası araşdırmaları” VII beynəlxalq elmi simpoziumu keçiriləcək. Beynəlxalq tədbirdə ölkəmizi Prezident mükafatçısı, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov təmsil edəcək.

Gənc tədqiqatçı simpoziumun plenar iclasında “Bəşəriyyətin qədim mədəni irsi – kurqanların yaradıcısı türklərdir” mövzusunda türk və ingilis dillərində məruzə edəcək.

Ardını oxu »

Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası 2019-cu il çöl-tədqiqat planına əsasən Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işləri aparıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, 2019-cü ildə arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində reallaşıb, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri aparılıb, onların mühafizə vəziyyəti yoxlanılıb. Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmaqla, buradakı müxtəlif dövrlərə aid arxeoloji abidələr elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2021
S M T W T F S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 391
  • 104
  • 17,782
  • 40,897
ILK-10 Azeri Website Directory