Elm

Azərbaycan-İsveçrə təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur

Bakı, 27 noyabr (AzərTAc). İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine Ulmann Şaban Təhsil Nazirliyində olmuşdur.

\r\n

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə yaxın günlərdə rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrəyə gözlənilən səfəri barədə məlumat verən nazir Misir Mərdanov ölkələrimiz arasında inkişaf edən əlaqələrdə təhsil sahəsinin mühüm yer tutduğunu diqqətə çatdırmışdır. İsveçrədə təhsilin bütün pillələri üzrə müasir yeniliklərin uğurla tətbiq olunduğunu vurğulayan M.Mərdanov bu təcrübə ilə tanışlığın əhəmiyyətli olacağına əminliyini ifadə etmişdir. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40 nəfər azərbaycanlı gəncin İsveçrə universitetlərinə göndərildiyini söyləyən təhsil naziri onların sayının artırılmasının mümkünlüyünü bildirmişdir. Ardını oxu »

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar seminar keçirilmişdir

Bakı, 15 noyabr (AzərTAc). 2013–2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilmişdir.

\r\n

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, seminarda iştirakçılar statistik göstəricilər əsasında hazırlanmış 2012-ci ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində istifadə edilmiş müxtəlif xarici dillər üzrə test tapşırıqlarının müqayisəli elmimetodiki təhlili ilə tanış olmuşlar.

\r\n

Çıxış edənlər ali təhsil müəssisələrində xarici dillərin tədrisinin vəziyyəti və bu sahədə mövcud problemlər barədə fikir və mülahizələrini bildirmişlər.

“Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyi çapdan çıxmışdır

Bakı, 26 sentyabr (AzərTAc). Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyi çapdan çıxmışdır.

\r\n

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, nəşrdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri göstərilir.

\r\n

Dərslik universitetlərin jurnalistika və digər müvafiq fakültələrinin tələbələri və mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

ATİ-nin məzunları ölkənin turizm sektorunda özlərini beynəlxalq səviyyəli peşəkar kadrlar kimi təsdiq edirlər

Bakı, 17 sentyabr (AzərTAc). Azərbaycan Turizm İnstitutunda (ATİ) 2012/2013-cü tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.

\r\n

AzərTAc xəbər verir ki, tədbirdə institutun rektoru Cəfər Cəfərov qeyd etmişdir ki, bu il ATİ-yə bakalavr pilləsi üzrə 386 nəfər qəbul olunmuş və bütün plan yerləri tam dolmuşdur. Rektor vurğulamışdır ki, onlardan 248-i dövlət sifarişi əsasında, 133-ü isə ödənişli əsaslarla təhsil alacaqdır. Tələbələrdən 28 nəfəri məcburi köçkündür. Azərbaycan bölməsinə 326, rus bölməsinə isə 55 tələbə qəbul olunmuşdur. Qəbul olunanların yarıdan çoxu 400-dən yuxarı bal toplamışdır.

\r\n

Rektor, həmçinin 2012/2013-cü tədris ilində ATİ-də mövcud təhsil pillələri üzrə qəbul prosesinin də davam etdirildiyini bildirmişdir. Hazırda ATİ-nin nəzdində ilkin peşə təhsili üzrə Bakı Turizm Peşə Məktəbində təsdiq edilmiş plana əsasən, 11 ixtisas üzrə 400 plan yerinə 448 nəfər sənəd təqdim etmişdir. Həmçinin magistratura pilləsində 69 plan yeri üzrə qeydiyyat davam etdirilmişdir. Doktorantura üzrə qəbulun isə cari ilin sonunda keçirilməsi nəzərdə tutulur. Bu tədris ilində ATİ-də 1500-dən çox bakalavr tələbə təhsil alır. Ümumilikdə isə ATİ-də təhsilin bütün səviyyələrində 2000-dən çox şəxs turizm sahəsi üzrə kadr kimi hazırlanır. Ardını oxu »

Yeni dərs ilində Azərbaycanın ümumi təhsil müəssisələrində bir milyondan artıq şagird tədrisə başlamışdır

Bakı, 17 sentyabr (AzərTAc). 2012-2013-cü tədris ilində Azərbaycan üzrə 4 min 523 ümumi təhsil məktəbində 1 milyon 304 min 687 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 150 min 998 müəllim məşğul olacaqdır.

\r\n

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 330 ümumi təhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 29 min 870 müəllim 311 min 695 şagirdin təlim-tərbiyəsi ilə məşğuldur.

\r\n

Bundan əlavə, Azərbaycanda 108 ilk peşə-ixtisas təhsili müəssisəsi vardır. Bu müəssisələrdə 28 min 587 şagird təhsil alır, 4 min 62 nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1.453 nəfər istehsalat təlimi ustası fəaliyyət göstərir.

\r\n

2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərinin I-III və V-XI sinifləri üçün 194 adda 4 milyon 18 min 990 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunmuşdur.

Bakıda təhsil işçilərinin konfransı keçirilir

Bakı, 10 sentyabr (AzərTAc). “Hyatt Recency-Naxçıvan” mehmanxanasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın ümumi təhsil müəssisələrində 2011-2012-ci tədris ilinin yekunlarına və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş konfrans keçirir.

\r\n

AzərTAc xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva mövzuya dair məruzə ilə çıxış etmişdir.

\r\n

Təhsilin inkişafı üzrə müzakirələr aparılır.

“Bilik günü”ndə Yevlaxda yeni məktəb binaları istifadəyə veriləcəkdir

Yevlax, 7 sentyabr (AzərTAc). 15 sentyabr – “Bilik günü”ndə Yevlax rayonunda yeni məktəb binaları istifadəyə veriləcəkdir.

\r\n

Yevlax Rayon Təhsil Şöbəsindən AzərTAc-a bildirmişlər ki, şəhər 2 nömrəli tam orta məktəbi üçün 960 şagird yerlik, Aran qəsəbə 2 nömrəli tam orta məktəbi üçün 360 şagird yerlik, Salamabad kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatmış, Kövər kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur. Bu təhsil ocaqları sentyabrın 15-də öz qapılarını müəllim və şagirdlərin üzünə açacaqdır. Rayonun digər məktəblərində isə cari təmir işləri aparılmışdır. İlin sonunadək daha 5 məktəb binasının tikintisinə başlanılacaqdır.

\r\n

Son illərdə rayonda 13 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 640 şagird yerlik 32 əlavə sinif otağı inşa olunmuş, 10 məktəb əsaslı təmir edilmişdir.

“Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılmışdır

Bakı, 7 sentyabr (AzərTAc). 2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi vəİKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılmışdır.

\r\n

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, “Bir şagird – bir kompyuter” layihəsi çərçivəsində 2 min şagirdə netbuk verilmişdir.

Beynəlxalq konfransda tətbiqi dilçiliyin müasir problemləri müzakirə olunacaqdır

Bakı, 13 avqust (AzərTAc). Noyabrın 27-28-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.

\r\n

 ADU-dan AzərTAc-a bildirmişlər ki, konfransın işi “Dil və kompyuter”, “Xarici dillərin tədrisi kommunikativ səriştə kontekstində”, “Tərcümə dillərarası və mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi”, “Psixolinqvistika: problemlər və perspektivlər” bölmələri üzrə aparılacaqdır.

\r\n

 İclaslarda “Nitq tanınma sistemləri”, “Dil, işarə və onun kompyuter şərhi”, “Süni intellekt”, “Xarici dillərin tədrisində qlobal dil amili”, “Qloballaşma və çoxdilliliyin tərcüməyə və tərcüməçiyə təsiri, “Dil və bədii qavrama” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

\r\n

 Konfransa göndərilən və ekspertlər tərəfindən seçilmiş tezislər çap ediləcəkdir.

\r\n

 Maraqlananlar tezislərini sentyabrın 30-dək təşkilat komitəsinə göndərməlidirlər.

\r\n

 Ətraflı məlumatı ADU-nun rəsmi saytında əldə etmək olar.

Bakıda diplomatik forum keçiriləcəkdir

Aşqabad, 6 avqust (AzərTAc). Xəbər verdiyimiz kimi, diplomatik akademiyaların və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərin rektorlarının növbəti illik forumu bu ilin sentyabrında Bakıda keçiriləcəkdir.

\r\n

 Azərbaycanın Türkmənistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, forumda Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Baba Zahirovun da iştirakı planlaşdırılır.

\r\n

 Tədbirin Bakıda keçirilməsi haqqında qərar diplomatik akademiyaların və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərin və ali məktəblərin ötən ilin sentyabrında ABŞ-ın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində təşkil edilmiş ənənəvi illik forumunda qəbul olunmuşdur.

\r\n

 

\r\n

İlahə Əhmədova

\r\n

 AzərTAc-ın müxbiri

\r\n

 Aşqabad

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 33
  • 27
  • 404
  • 2,115
ILK-10 Azeri Website Directory