Hadisə

Füzulidə iki nəfər minaya düşüb

Füzulidə iki nəfər minaya düşüb<b style="color:red"></b>

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu gün- iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Ardını oxu »

Daşkəsəndə hündürlükdən dərəyə düşən şəxsin meyiti tapılıb

 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən rayonu, Zəylik kəndi yaxınlığında 1 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Ardını oxu »

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Gəncə şəhərinin Kəpəz rayonunda binada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Ardını oxu »

“BÖYÜK DÖVLƏTLƏRİN GÜCLÜ KƏŞVİYYATI OLMALIDIR”

BBS -sinin “Britaniyanı Mi6 kəşviyyatı doğrudanmı Rusiyanın Avropada apardığı kəşviyyat işlərinin yalnız 10 faizi barədə məlumata malikdir?”- sualını cavablandıran Rusiya xarici kəşviyyat xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Rusiya dünyada ən güclü kəşviyyata malik dövlətlərdən biri olmalıdı.
 

 ” “Böyük Britaniya, Birləşmiş Ştatlar, Rusiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Çin – güclü, suveren dövlətlərdi. İstənilən güclü və suveren dövlət özünün güclü kəşviyyat xidmətinə malik olmalıdır”- deyə Narışkin bildirib.
 

Ardını oxu »

Şəmkirdə kişi güllələnərək öldürüldü

21 yanvar 2021-ci il tarixdə Şəmkir rayon sakini Bəxtiyar Alıyevin odlu silahla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vasif Aslanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qanunsuz olaraq əldə etdiyi ov tüfəngi ilə Bəxtiyar Alıyevi qəsdən öldürüb.

Ardını oxu »

Ermənilər Rusiyalı hərbçilərə atəş açdılar

Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib.

Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

Ardını oxu »

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Ardını oxu »

DSX: “İran gəmisinin heyət üzvlərinin hamısı xilas edilib, gəmi batıb” – Yenilənib

Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzər dənizində batması ilə bağlı məlumat yayıb. 

DSX-nin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Ardını oxu »

Belarus diplomatı Ankarada güllələnib

Belarusun Türkiyədəki Səfirliyinin diplomatı Alexandr Poganshev Ankarada silahlı hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, ağır yaralanan diplomat Ankara Güven Xəstəxanasına yerləşdirilib. Yaralı diplomat hazırda reanimasiya şöbəsindədir. Sağlamlığı ilə bağlı təhlükəli vəziyyət aradan qaldırılıb. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu xəstəxanaya baş çəkib, o cümlədən belaruslu həmkarı ilə də telefonda danışıb.

Ardını oxu »

Hərbi təyyarəmiz təlim-məşq uçuşları zamanı qəzaya uğradı

İyulun 24-də, saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 468
  • 171
  • 15,209
  • 46,431
ILK-10 Azeri Website Directory