Sağlamlıq

Azərbaycandakı özəl klinikalara xəbərdarlıq edildi

Özəl tibb müəssisələrinə xarici ölkələrdən mütəxəssislərin dəvət olunaraq icazəsiz fəaliyyət göstərməsi nazirliyi narahat edən məsələlərdəndir\r\n\r\nAzərbaycan Səhiyyə Nazirliyi onlardan icazə alınmadan xarici ölkələrdən həkim dəvət edən özəl klinikalara qarşı ciddi tədbirlər görməyi planlaşdırır.\r\n\r\nBunu Trend-ə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.\r\n\r\nElsevər Ağayevin sözlərinə görə, özəl tibb müəssisələrinə xarici ölkələrdən mütəxəssislərin dəvət olunaraq onların burada icazəsiz fəaliyyət göstərməsi nazirliyi narahat edən məsələlərdəndir. Ardını oxu »

Azərbaycanda bəzi xəstələr cərimələnəcəklər

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək\r\n\r\nAzərbaycanda zöhrəvi xəstəliklərə, İİV-ə yoluxmuş və müalicədən boyun qaçıran, bu xəstəliklərə təhlükə yaradan şəxslərin adlarını gizli saxlayanlar inzibati məsuliyyətə cəlb olunacaqlar.\r\n\r\nMilli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək.\r\n\r\nTəklif olunan layihədə qeyd olunur ki, zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxduğu barədə kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanı tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə 100 manatdan 150 manatadək cərimələnəcəklər. Ardını oxu »

Azərbaycanda dövlət qeydiyyatı ləğv olunmuş dərmanların son siyahısı

Səhiyyə Nazirliyi “Teymurov” pastası və “Leyner” məlhəmindən istifadə şərtlərini də açıqlayıb\r\n\r\nSəhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının qərarı əsasında dövlət qeydiyyatı ləğv olunmuş dərman vasitələrinin son siyahısını açıqlayıb. Şuranın sədr müavini, SN-nin kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Rauf Ağayev APA-ya açıqlamasında bildirib ki, bu vasitələr aşağıdakılardır:\r\n\r\n1. Bor turşusunun toz dərman forması (toksiki təsirliyini nəzərə alaraq)\r\n2. Bufeksamak və Bufeksamak tərkibli preparat Proktozan (kontakt allergik reaksiyaya səbəb olmasını nəzərə alaraq) Ardını oxu »

Yaponlardan daha bir inqilabi araşdırma

Kök hüceyrədən qaraciyər hazırlanıb\r\n\r\nYaponiyalı alimlər daha bir inqilabi kəşfə imza atıblar. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, alimlər kök hüceyrədən qaraciyər hazırlayıblar.\r\nYokohama universitetinin əməkdaşları Hideki Taniguçi və heyəti pluripotent kök hüceyrəni (iPS) siçanın başına nəql ediblər.\r\n\r\nQaraciyər hüceyrələrinin hazırlanmasına proqramlaşdırılan kök hüceyrənin köməyi ilə 5 milimetr böyüklüyündə insan qaraciyəri yaradılıb.\r\n\r\nElm adamlarının bu araşdırması qaraciyər nəqlini gözləyən minlərlə insan üçün ümid işığı olub.

Xəstə qadının öd kisəsindən 466 daş çıxdı

Təəccübünü gizlətməyən həkim ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını deyib\r\n\r\nTürkiyədə 26 yaşlı xəstə qadının öd kisəsindən əməliyyatla 466 daş çıxarılıb. Yerli mətbuatın yaydığı məlumata görə, Muş vilayəti, Bulanık rayonu Göztəpə kənd sakini 2 uşaq anası İnayət Bacı qarın ağrısı və şiş şikayəti ilə həkimə müraciət edib. Xəstənin öd kisəsində çoxlu daş olduğunu müəyyənləşdirən həkim onun əməliyyat olmasına qərar verib.\r\n\r\nDaşların çox olması qarşısında təəccübünü gizlətməyən həkim ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını deyib. Həkim həmçının hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu deyib.\r\n\r\nXəstə İnayət Bacı isə 4 ildir bu ağrılardan əziyyət çəkdiyini, əməliyyatdan sonra rahatlıq əldə etdiyini bildirib.\r\n\r\n \r\n

Şirəli Məmmədov

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 2
  • 2
  • 823
  • 3,274
ILK-10 Azeri Website Directory