Siyasət

“Heydər Əliyevin rolu və xidmətləri misilsizdir”

"Heydər Əliyevin rolu və xidmətləri misilsizdir"<b style="color:red"></b>

“Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Liderimiz  Heydər Əliyevin rolu və xidmətləri misilsizdir. Ümummilli Lider bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaradıb. Bu böyük şəxsiyyət bütöv bir tarixi mərhələnin yaradıcısı və nadir ictimai-siyasi xadim idi”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Ardını oxu »

İran XİN-dən Dağlıq Qarabağa yük daşınmasına dair məlumatlara münasibət

İran XİN-dən Dağlıq Qarabağa yük daşınmasına dair məlumatlara münasibət <b style="color:red"></b>

İran Xarici İşlər Nazirliyi bu ölkənin yük maşınlarının Dağlıq Qarabağa yük daşımasına dair yayımlanan foto və videolara münasibət bildirib və bunun yalan məlumatlar olduğunu qeyd edib.

525.az xəbər verir ki, APA-nın Tehran bürosunun sualına cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, Azərbaycan və Ermənistanda baş verən proseslərlə bağlı bütün xəbərlərin istinad mərkəzi İran İslam Respublikası Xarici İşlər Nazirliyi və İranın Azərbaycan və Ermənistandakı səfirlikləridir.

Ardını oxu »

Azərbaycanın Fransadakı səfirliyi itkin düşmüş mülki azərbaycanlıların taleyi və minalanmış ərazilərin xəritələri ilə bağlı kommünike yayıb

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın itkin düşmüş mülki azərbaycanlıların taleyi ilə bağlı məlumat, eləcə də azad olunmuş ərazilərimizdə mina və digər partlayıcı maddələrin xəritəsini verməməsi ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, kommünikedə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş azərbaycanlı mülki şəxslər haqqında məlumat verilir, azad olunmuş ərazilərimizdə erməni silahlı qüvvələri tərəfindən yerləşdirilmiş mina və digər partlayıcı maddələrin xəritəsinin verilməsinə yardım göstərməsi üçün Fransaya çağırış edilir.

Ardını oxu »

Azərbaycanın fəxri və xilaskarı

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir. Hazırda ölkəmizin vətəndaşları və bütün dünya azərbaycanlıları müasir Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin anadan olmasının 98-ci ilini qeyd etməyə hazırlaşır.

Ardını oxu »

Paşinyan-Koçaryan qarşıdurması kəskinləşir

Proseslərin gedişatı göstərir ki, Ermənistanda qarşıdan gələn seçkilərdə Nikol Paşinyanın əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan  və Serj Sarkisyanın siyasi blokları olacaq. “Daşnaksütyun” partiyası seçkiyə R.Koçaryanla və “Dirçələn Ermənistan” hərəkatı ilə vahid blokda qatılacağını təsdiq edib.

“Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan da bunu təsdiq edib. Bildirib ki, onun partiyası indiki siyasi situasiyada bu qərarı qəbul edərkən keçmiş prezidentin böhranı aradan qaldırmaq və ölkəni inkişaf yoluna çıxarmaq təcrübəsini nəzərə alıb. “Dirçələn Ermənistan” partiyası da seçkiyə “Daşnaksütyun” və Robert Koçaryanla vahid blokda gedəcəyini təsdiqləyib. Partiyanın bəyanatında deyilir: “Ermənistanda və Qarabağda fəlakətli vəziyyəti nəzərə alaraq, həmfikir olan və ideologiyamızı bölüşən siyasi qüvvələrlə birlikdə seçkilərdə iştirak etməyə qərar verdik. Partiyamız erkən seçkilərdə “Daşnaksütyun”la ittifaqda və ikinci prezident Koçaryanın rəhbərlik etdiyi blokla iştirak edəcək”. 

Ardını oxu »

Heydər Əliyev ideyalarının və arzularının təntənəsi

Hər bir insanın arzuları olduğu kimi, liderlərin də arzuları olur. Adi insanların arzuları əsasən şəxsi xarakter daşıyır, öz həyatı və ailəsinin firavanlığı ilə bağlı olur.

Doğrudur, heç kim ictimai məna kəsb edən dəyərlərdən məhrum deyil və bu baxımdan bütün insanların davranışını motivləşdirən amillər sırasında vətənpərvərlik, humanizim, həmrəylik kimi dəyərlər əhəmiyyətli rol oynayır. Lakin liderlərin fəaliyyətinin motivləri sistemi daha çox ictimai mahiyyət daşıyır və rəhbərlik etdiyi xalqın və ölkənin maraqlarına xidmət göstərir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Mən ömrümün bundan sonra qalan hissəsini xalqıma bağışlayıram” kəlmələri bu fikirlərin ən bariz ifadəsi hesab edilə bilər. Bu dahi insanın bütün arzuları, ona xas olan böyük ideyalar müstəsna olaraq Azərbaycan xalqının rifahına, onun inkişafına, ölkəmizin çiçəklənməsinə, dövlətimizin qüdrətinin artmasına tabe edilmişdi.

Ardını oxu »

Azərbaycanı əbədiləşdirən lider

98 il bundan öncə, yazın gözəl çağında, şərqin qapısı olan Qədim Naxçıvanda dünyaya göz açan körpəni gələcəkdə çətin, mürəkkəb, keşməkeşli bir MİSSİYA gözləyirdi. Canı, qanı qədər sevdiyi  Azərbaycanın MÜSTƏQİLLİYİNİ  və onun ƏBƏDİLİYİNİ təmin etmək.

Heydər Əliyev elə bir düha, elə bir dahi şəxsiyyətdir ki, onun haqqında nə qədər yazılsa da, deyilsə də, yenə azdır. 50 illik əmək fəaliyyətimin 23 ilini bilavasitə onun, 17 ilini isə oğlu cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında çalışmaq, iş prosesində dəfələrlə görüşmək, ünsiyyətdə olmaq, onun qiymətli tövsiyə və məsləhətlərinə qulaq asmaq mənə nəsib olduğu üçün bəzi fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Ardını oxu »

Şərəfli tariximizin yaradıcısı

Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Həyatının mənasını ölkəsinə ləyaqətlə xidmətdə görən, müasir Azərbycan dövlətinin memarı Heydər Əliyev də belə liderlərdəndir.

Anadan olmasının 98-ci ildönümü ərəfəsində bir daha Ulu Öndəri ehtiramla anırıq. Aradan illər, onilliklər keçdikcə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin mahiyyətini daha dərindən anlayırıq.

Ardını oxu »

Paşinyan ona qarşı çıxan generalları sıradan çıxarmağa başladı

Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda iqtidar və müxalifətin biri-birinə qarşı hücumlarının daha radikal xarakter alması müşahidə edilir. “İravnuk” qəzeti yazır ki, Nikol Paşinyan rəqiblərinin mövqeyini sarsıtmaq üçün yeni taktikadan istifadə etməyə başlayıb. Belə ki, Ermənistanda 44 günlük müharibə zamanı məğlubiyyətin səbəbləri ilə bağlı hər şeyi generalların və hərbçilərin üzərinə ataraq Paşinyanın günahını yumşaltmağa başlayıblar.

Bildirilir ki, bəzi siyasi partiya rəhbərləri də Paşinyanın reytinqini az-çox yaxşılaşdırmaq işinə boyunduruq olublar: “Keçmişdə onlar kəskin danışırdılarsa və kapitulyasiya imzalamış Paşinyanı qınayırdılarsa, bu gün əks mənzərə var. Onlar “Paşinyan o qədər də günahkar deyil, generallar və hərbçilər ölkəni bu vəziyyətə saldılar” deyərək Paşinyanın günahını yumşaltmağa başlayıblar”.

Ardını oxu »

“Heydər Əliyev hər zaman milli ideallara bağlı olub”

"Heydər Əliyev hər zaman milli ideallara bağlı olub"<b style="color:red"></b>

“Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur”.

Millət vəkili Tamam Cəfərova 525.az-a açıqlamasında belə deyib.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 62
  • 10
  • 18,893
  • 34,199
ILK-10 Azeri Website Directory