Cəmiyyət

MÜSTƏQİLLİYİMİZƏ GEDƏN YOL

Hər bir xalq öz müstəqillik arzusunu, istiqlal duyğusunu həmişə ürəyində yaşadıb, vaxtsa onun gerçəkləşməsi, reallaşması üçün əlverişli məqam gözləyib.

 Azərbaycanda belə məqam ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-də və bütün dünyada gedən ictimai-siyasi proseslərin labüd nəticəsində yaranıb. 1988-ci ilin 17 noyabrında azadlıq və istiqlaliyyət arzusunda olan xalq öz qəti sözünü deməkdən, gücünü, birliyini, əzmini göstərməkdən ötrü meydanlara axışıb. Həmin dövrdə milli azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlanıb.

Lakin azadlıq istəyi xalq hərəkatından başlansa da, həmin günlərdə meydanda xalqın həqiqi mənada milli lideri olmadığından dövlətçiliyimizin dirçəliş ideyasının həyata keçirilməsində siyasi və tarixi baxımdan mühüm və vacib addımlar atılmadı.

Ardını oxu »

Ədliyyə tarixində yeni mərhələ

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Həmin dövrdə Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il mayın 28-də – Azərbaycan Demokratik Respublikasının (ADR) elan edildiyi gündə Ədliyyə Nazirliyi də yaradılıb.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilib, binalar qaydaya salınıb, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilib.

Ardını oxu »

Ermənistanın raket atəşlərindən zərər çəkmiş Gəncə sakinlərinin müraciətləri dinlənilib

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində  zərər çəkən sakinləri ilə növbəti görüş keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, podratçı şirkətlərin rəhbərləri iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov və digər aidiyyəti qurumların nümayəndələri fərdi yaşayış ev və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşları tək-tək dinləmişlər. Onlayn qaydada keçirilən görüşdə sakinləri rahatsız edən məsələlərə aydınlıq gətirilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir. Görüşdə o da vurğulanmışdır ki, sakinlərə dəyən ziyanın tezliklə aradan qaldırılması üçün belə dinləmələr tez-tez keçiriləcək.

Ardını oxu »

Ötən həftə 293 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 119, tank əleyhinə 30 mina və 109 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ardını oxu »

Fuat Oktay: “TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər

Türkiyənin COVID-19 əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq oluna bilər.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, “TURKOVAC”ın 3-cü mərhələ işlərinin Qırğızıstanda aparılması üçün Prezident Sadır Japarovla razılığa gəldiklərini açıqlayıb.

Bu vaksinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdıran Türkiyənin vitse-prezidenti deyib: “Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir”.

Ardını oxu »

Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək

Sentyabrın 12-də Ağdam sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri təşkil edilib. Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlıları doğma şəhərlərində salamlayıb. Bildirib ki, məcburi köçkünlər 30 ilə yaxındır doğma yurdlarına gəlmək həsrəti ilə yaşayırdılar.

Ardını oxu »

Azərbaycan gənclərinin Şuşaya səfəri başlayıb

Sentyabrın 10-da gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndələri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanış olacaqlar.

Ardını oxu »

Narkomaniyaya qarşı mübarizə gücləndirilməlidir

Cəmiyyət ona qoşulmasa, bu bəşəri fəlakətin miqyası daha da yüksələ bilər

Bütün məsələlərdə ayıq-sayıq olmağı unutmasaq da, nədənsə son dövrlər narkomaniyanın ölkəmizdə “ayaq açıb” genişlənməsi təkcə ailələri deyil, cəmiyyəti, eləcə də hakimiyyəti ciddi narahat edir. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən qalib çıxan bir xalqın “ağ ölüm”ə tabe olması qətiyyən yolverilməzdir.

 Acınacaqlısı odur ki, tibb mütəxəssisləri, hətta paytaxt Bakıda fəaliyyət göstərən bəzi apteklərdə narkotik tərkibli həblərin qanunsuz satışı barədə də həyəcan siqnalı çalınmaqdadır. Ona görə də ölkədə narkotiklərə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, ictimayyətin də mübarizə aparmasının vacibliyi xüsusi önəm daşıyır.

Ardını oxu »

Mobil telefonu yataq otağında saxlamayın

Mobil telefonlar həyatımızın ayrılmaz aksesuarına çevrilsə də, mütəxəssislər onunla ehtiyatlı davranmağa çağırırlar. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, mobil telefonlar insan orqanizmini müəyyən dozada şüalandırır və əksər vaxtlar bunun fəsadları özünü göstərir. Ümumiyyətlə, radiasiya ionlaşdırıcı və ionlaşmayan növlərə bölünür. Onlardan ən təhlükəlisi rentgen, ultrabənövşəyi və qamma şüalarıdır. Cihazı ələ götürən kimi orqanizm radiasiyaya məruz qalır, eyni zamanda gözlər və yaddaş tədricən zəifləyir.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Televizor və telefona çox baxanlarda uzağı zəif görmə əmələ gəlir. Mobil telefon və planşetlərin əks təsiri illər keçəndən sonra özünü göstərir. Boyun və baş ağrıları, bel və onurğa əyrilikləri əmələ gəlir”.

Ardını oxu »

Şuşalıların dədə-baba yurdlarına növbəti səfəri başlayıb

Şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarına növbəti səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcək, evlərinə baş çəkəcəklər.

Qeyd edək ki, Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.

Ardını oxu »
Arxiv
Təqvim
Dekabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 77
  • 12
  • 7,006
  • 59,715
ILK-10 Azeri Website Directory