Cəmiyyət

Ramil Usubov sıra baxışı keçirib, 170 gəncin polisə qəbul olunmasını tapşırıb

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyunun 8-də Gəncə şəhərində Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək üçün müraciət edən gənclərin sıra baxışını keçirib.

Ardını oxu »

Ədliyyə naziri Gəncədə qəbul keçirəcək

Ədliyyə naziri Fikrət Məmmədov iyunun 14-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, eyni zamanda, Ədliyyə nazirinin müavini Vilayət Zahirov iyunun 12-də Samuxda, Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Həsənov isə iyunun 13-də Göygölrayonunda vətəndaşları qəbul edəcəklər.

Ardını oxu »

AMEA Mərkəzi Elmi Kitabxananın yeni binasının açılışının 5-ci ildönümü qeyd olunur

2019-cu il Mərkəzi Elmi Kitabxananın (MEK) yaradılmasının 95-ci il dönümüdür.

Eyni zamanda 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə açılışı olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının istifadəyə verilməsinin 5 ili tamam olur.

Tədbir MEK fəaliyyəti haqqında akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında keçirilib.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxana professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Əməkdar elm xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə elm xadimləri, ictimaiyyət nümayəndələri, professorun ailə üzvləri və tələbələri iştirak edib.

MEK-in Oxuculara xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş təqdimatla çıxış edib.

Ardını oxu »

ABŞERONDA PASSIFLORA MORIFOLIA NÖVÜNÜN INTRODUKSIYASI VƏ ONTOGENETIK STRUKTURUNUN ÖYRƏNILMƏSI

İlk dəfə Abşeronda toxumları Avstraliya Botanika bağından gətirilmiş, Azərbaycan florasında olmayan Passiflora morifolia növünün ontogenetik strukturu, inkişaf dinamikası öyrənilmişdir. Toxumun cücərmə faizi laboratoriya şəraitində Petri fincanında, açıq sahədə isə 30 gün müddətində təyin edilmişdir. Yarpağın, gövdənin, yan budaqların, çiçəyin, meyvənin və toxumun əmələ gəlməsi haqqında məqalədə ətraflı məlumat verilmişdir.

Ardını oxu »

Ramil Usubov Gəncədə sıra baxışı keçirəcək

İyunun 8-də saat 8:00-da Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant (103 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində sıra baxışı keçiriləcək.

Ardını oxu »

Xəzər dənizində zəlzələ baş verib

Mayın 16-da Xəzər dənizində 3,04 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanlar yerli vaxtla saat 05:23-də qeydə alınıb.

Ardını oxu »

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident X.B.Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Sərəncam imzalayıb.

X.B.Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ardını oxu »

Azərbaycanın müstəqilliyi Heydər Əliyevin adı ilə bağlıdır

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin adı hər bir azərbaycanlı üçün doğma və əzizdir.

Ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkədə mövcud olan anarxiya və xaosa son qoymaqla yanaşı, iqtisadiyyatı da dirçəltdi. Ən əsası isə yenicə müstəqillik əldə etmiş respublikamızı bütün təhlükələrdən qorudu.Bu fikirlər dahi rəhbərin anadan olmasının 96-cı ildönümü münasibətilə Tovuz rayonunda keçirilən elmi-praktik konfransda səsləndirilmişdir.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxana Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş tədbir keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli dilçi alim, professor Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş “Repressiyalar milli yaddaşda” adlı tədbir keçirib. Tədbirdə AMEA-da və ali təhsil müəssisələrində Bəkir Çobanzadə yaradıcılığını tədqiq edən alimlər və tələbələr iştirak ediblər.

Çıxışlardan əvvəl Bəkir Çobanzadənin həyat və yaradıcılığından bəhs edən, MEK tərəfindən hazırlanmış avtobioqrafik videoçarx nümayiş etdirilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory