Cəmiyyət

Yanvar-fevral ayları ərzində Azərbaycanda 20 min 984 körpə doğulub

Bu ilin ilk iki ayı ərzində Azərbaycanda 20 min 984 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəmdir.

Ardını oxu »

XOŞBƏXTLİYİ YAŞAYAN ŞAHNUR HÜSEYNOV

“Vətən uğrunda”, “İgidliyə görə”, “Fizulinin azad olunmasıa görə” medalları ilə təltif olunub.

 Şahnur atası Şahin Hüseynov Polşada hərbi xidmətdə olarkən dünyaya gəlib. 1991 – ci il noyabrın 30-da Belqrad şəhərində. Birinci Qarabağ savaşı başlayanda Şahin Hüseynov Vətənə qayıdır,  ailəsiylə Cəlilabadın Göytəpə qəsəbəsindəki Hərbi şəhərcikdə məskunlaşır. Şahnur da orta təhsilinə Cəlilabadın Göytəpə qəsəbəsində başlayır. Sonra Şahin Hüseynov Ağcəbədidə və təqaüdə çıxana qədər isə Fizulidə hərbi xidmətinə davam edir. Şahnur da Fizulinin Əhmədbəyli kəndindəki Mahmudlu 2 tam orta məktəbində oxuyur. Hərbiçi ailəsində böyüyən Şahnur uşaqlıqdan hərbiçi olmaq arzusunda olub.

Ardını oxu »

İtaliya parlamentinin üzvləri Gəncədə olublar

İtaliya parlamentinin nümayəndələri Gəncə şəhərinə səfər ediblər. Qonaqları Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov və şəhər rəsmiləri qarşılayıblar. Onlar Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlar oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. 

Ardını oxu »

MEK-də Zemfira Hacıyevanın şəxsi kitab kolleksiyası yaradılıb

Mərkəzi Elmi Kitabxanaya (MEK) Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elmi irs mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru, dosent Zemfira Hacıyeva öz şəxsi kitabxanasından 100-dən artıq nəşr hədiyyə edib. Kitablar sırasında “Heydər Əliyev Müasir Azərbaycan Parlamentinin Banisidir”, “Heydər Əliyev və mədəniyyət”, “Эволюция Азербайджанского Танца (Гусейнова А.Б.)”, “Osmanlı Belgelerinde Karabağ”, ”Novruz Süfrəsi (Əhmədov Əhməd-Cabir)”, “Март 1918 г. Баку Азербайджанские погромы в документах”, “Fizika həyatımızda (Çingiz Qacar)”, “Древнегреческие Атомисты (А.О.Маковельский)”, “Борьба за Закавказье (1917-1921) (Фируз Каземзаде)”, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digərləri yer alıb.

Ardını oxu »

Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir

 Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür.

Otuz altı il əvvəl ilıq bir bahar günündə dünyasını dəyişmiş, Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanımın ürəklərdə əbədi yaşayan nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il anılır.

AZƏRTAC görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəzi məqamları təqdim edir.

Ardını oxu »

Müsəlmanları ikiyə bölürlər, sonra kənarda düşmən axtarırlar – Rauf Qərib Alagöz yazır

İLLƏRDİR MƏNİ BİR MƏSƏLƏ DÜŞÜNDÜRÜR

İranla Türkiyə arasında 1 saat yarım fərq var və Azərbaycan ikisinin arasında qalırsa, biz Ramazana nə vaxt başlamalıyıq?

Ümumiyyətlə niyə bütün müsəlmanlar Ramazana eyni gündə başlamır?

Arada 12 saat fərq yoxdur ki, deyəsən orda ay 1 gün sonra göründü, burda 1 gün tez. Aradakı 1 saat 1 gün fərqə necə səbəbiyyət verə bilər?

Nə edək biz?

Ardını oxu »

Vaqif Qarayev: Ermənilər də qələt elədiklərini etiraf etsələr…

Qələbəyə qədər həkim qruplarında ” erməni millətindən olan xəstəyə baxardınız?” tipli müzakirələr olurdu bəzən….doğmasını, əzizini itirən həkimlərin nifrəti başadüşülən idi…onları qınamaq olmazdı…(erməni həkimləri də avtomatlı ermənidən fərqlənməyib heç vaxt…)

Erməni dəbilqələrinə görə utanaqmı?-Məncə, yox! Etmə, eləməsinlər prinsipi var…Tam sülhə qədər belə olacaq…

Məntiqlə Avropanı qan gölünə döndərən almanlara hamı nifrət etməlidi…amma almanlar faşist ideologiyasından əl çəkdilər…sivil dünyanın qayda-qanununa tabe oldular…səhvlərini etiraf etdilər…indi hamı ilə sülh şəraitində yaşayırlar…

Ardını oxu »

MEK tərəfindən AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafiyası çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından tanınmış dilçi-türkoloq alim AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, AMEA-nın müxbir üzvü Əbülfəz Aman oğlu Quliyevin biobiblioqrafik göstəricisi hazırlanıb. Görkəmli alimin 70 illik yubileyi haqqında AMEA Rəyasət Heyətinin Qərarı ilə çapa tövsiyə olunan kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, redaktoru AMEA MEK-in Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızı və MEK-in baş biblioqrafı Mahnur Həsənovadır.

Ardını oxu »

Restoranda keçirilən toy yarımçıq qaldı

Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ardını oxu »

28 illik ayrılıqdan sonra doğma yurda qovuşmaq istəyi

Mina təhlükəsi tam aradan qaldırılmayınca bu ərazilərə getməyə tələsmək olmaz

Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə işğalda qalan tarixi Azərbaycan torpaqları azad edildi.

Şanlı döyüşlərin Qələbə ilə nəticələnəcəyi bizim üçün şəksiz idi. Düşmənin illərlə yaratdığı dəmir-beton səddi Füzuli-Cəbrayıl rayonları ərazisində, əks-hücumun ilk günlərində canı-qanı bahasına yarıb keçən Müzəffər Ordumuzun hər bir döyüşçüsü qəhrəmanlıqlar göstərməklə əsl Vətən sevgisini təsdiqlədilər.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 58
  • 10
  • 18,889
  • 34,195
ILK-10 Azeri Website Directory