Müsahibə

“Peyvənd olunmaq istəyən jurnalistlərin siyahısı TƏBİB-ə təqdim olunacaq”

"Peyvənd olunmaq istəyən jurnalistlərin siyahısı TƏBİB-ə təqdim olunacaq"<b style="color:red"></b>

Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi:

– Əflatun müəllim, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası üzv ölkələrin hökumətlərinə jurnalistlərin vaksinasiyası ilə bağlı çağırış etdi. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

-Bəli, biz bu təşəbbüsü üzv olduğumuz Ümumdünya Mətbuat Şuraları Assosiasiyası qarşısında qaldırdıq və təşəbbüs quruma üzv digər təşkilatlar tərəfindən dəstəkləndi. Ancaq məlumdur ki, məsələni ilk növbədə daxilimizdə reallaşdırmağı düşünürdük. Mövcud istiqamətdə Nazirlər Kabineti yanında Operativ Qərargahla və TƏBİB-lə danışıqlar apardıq və razılığa gəldik. Təşəbbüsümüzə müsbət yanaşıldığı üçün təşəkkürümüzü bildiririk.

Ardını oxu »

Səbinə Gözəlova:“Şuşa da azaddır, atamın ruhu da…”-MÜSAHİBƏ

Bu gün Ağdamın – Azərbaycanın igid oğlu Mikayıl Gözəlovun doğum günüdür.

Yaşasaydı hamımız birlikdə bu qəhrəman eloğlumuza ürəyimizdən kecən təbrikləri ünvanlıyardıq.Təəssüf ki, yaşamadı, yaşatmadılar. Hər bir kəlməsi ox olub, düşmənlərimizin də, düşmənlərimizə xidmət göstərən sapı özümüzdən olan baltaların – satqınların da ürəyinə-gözünə batdı. Və elə o gündən Mikayıl Gözəlovun ölümünə fərman verildi.

Ardını oxu »

Müəlliməlikdən səngərədək: Tibb xidməti rəisi Elmira Hüseynovanın döyüş yolu- MÜSAHİBƏ

Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əmin-amanlığı, namusu və qeyrəti, dinimizin, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə, dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində hünər, cəsarət, qorxmazlıq, vətənpərvərlik, müdriklik nümunələri göstərmişlər.Tarixi qaynaqlarda Azərbaycan qadınının dövlətçiliyimizin qorunması işində iştirakına aid ilk məlumatlar hələ eramızdan əvvəlki dövrlərə aiddir. Söhbətimə yunan tarixçisi Herodotun bir məlumatıyla əlavə etmək istəyirəm.

Ardını oxu »

Himalay Məmişov: “DSMF-nin maliyyə dayanıqlılığı gündən-günə daha da möhkəmlənir”

“525”İN MÜXBİRİNİN SUALLARINA ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ YANINDA DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU İDARƏ HEYƏTİNİN SƏDRİ HİMALAY MƏMİŞOV CAVAB VERİR

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə dövlət tərəfindən əhalinin maddi rifahının daha da yaxşılaşdırılması məqsədilə sosial sahəyə göstərilən diqqət və qayğı son illər müsbət nəticələr verməkdədir.

Bu istiqamətdə digər dövlət və hökumət strukturları ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeçiliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) üzərinə böyük məsuliyyət düşür.

Ardını oxu »

Aqil ABBAS: “Ədəbiyyatın mizanı pozulub” – MÜSAHİBƏ

Müsahibimiz yazıçı, millət vəkiliAqil Abbasdır. Aqil müəllimlə görüşüb ədibin əsərlərindən, romanı əsasında çəkilmiş filmdən danışdıq.Adalet.az Artkaspi.az saytına istinadən Aqil Abbasla müsahibəni təqdim edir:
– “Elm və Həyat” jurnalı, “Sovet kəndi”, “Ədalət”, Milli Məclis… Aqil Abbasa fikrini bədii dildə çatdırmaq asandır, yoxsa ictimai dildə?
– Təbii ki, bədii dildə. Bədii dil mənə Allah tərəfindən verilib, ictimai dili sonradan öyrənmişəm.

Ardını oxu »

“Zərifə Əliyeva kimi şəxsiyyətlər heç vaxt yaddaşlardan silinmir”

Akademik Zərifə Əliyevanın dünya oftalmologiya elminə verdiyi töhfələr əvəzsizdir.

Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Tibb Akademiyasının rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiyanın Əməkdar elm xadimi, professor Larisa Moşetova bildirib.

O, Zərifə xanım Əliyeva ilə birgə qələmə aldıqları “Terapevtik oftalmologiya” və “Oftalmologiyanın aktual problemləri” elmi əsərlərinin indi də Rusiyada yüksək ixtisaslı oftalmoloqların hazırlanmasında istifadə olunduğunu söyləyib:

Ardını oxu »

Azərbaycan Avropada mövqelərini möhkəmləndirir

Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Mahir Cəfərovun Trend-ə müsahibəsi

– Bugünlərdə Monteneqro Azərbaycanda diplomatik nümayəndəliyini açacağını bəyan etmişdir. Buna Sizin münasibətinizi bilmək istərdik.

– Bakı şəhərində nümayəndəliyin açılması ilə bağlı qərar ötən ilin dekabr ayında Monteneqronun Baş naziri Duşko Markoviçin sədrliyi ilə keçirilən hökumətin 103-cü sessiyasında qəbul edilmişdir.

Ardını oxu »

Azərbaycan dövləti bütün təhdidlərin, təhlükələrin qarşısını almağa qadirdir

Hazırda inkişafının ən güclü dövrünü yaşayan Azərbaycan regionun lider dövləti kimi son 15 ildə iqtisadi, siyasi, hərbi, təhsil, mədəniyyət və digər sahələrdə mühüm uğurlar əldə edib, bölgədə transmilli layihələrin reallaşmasında əsas söz sahibinə çevrilib. 

Ardını oxu »

Gəncəlilər daim Prezidentimizin yanındadırlar

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinin qeyd olunması, iyunun 26-da möhtəşəm bir hərbi paradın keçirilməsi və ən müasir silahların həmin paradda nümayiş etdirilməsi, başqa sözlə, dövlətimizin hərbi qüdrətinin nümayişi, görünür xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən qısqanclıqla və narahatlıqla qarşılanıb.  Ardını oxu »

Hikmət Hacıyev: “Ermənistan rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edirik”

”Ermənistan baş nazirinin Brüsseldə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində guya gərginliyin artması barədə verdiyi məlumatlar yalan və dezinformasiyadır”.

Bu barədə APA-ya Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə keçirdiyi görüşlərdə səsləndirdiyini fikirləri şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 157
  • 45
  • 4,139
  • 22,201
ILK-10 Azeri Website Directory