Müsahibə

Seçkilərdə beynəlxalq müşahidəçilərin çoxluğu göstərir ki, Azərbaycan dünya üçün maraqlıdır

Azərbaycanda keçirilən bütün seçkilərdə biz – mədəniyyət və incənət xadimləri mütəşəkkil iştirak edir, bütün seçiciləri də bu siyasi kampaniyanın fəal iştirakçısı olmağa çağırırıq. Seçki, xüsusilə prezident seçkiləri çox mühüm bir kampaniyadır. Bu seçkilərdə ölkənin, xalqın, Vətənin taleyi həll olunur. Biz gələcəyimizi seçəcəyimiz namizədə etibar edirik. Ona görə də seçkilərdə fəal iştirak edib ən layiqli namizədə səs verməliyik. Ardını oxu »

“Türkiyə və Azərbaycandakı mədəni inqilabların kökləri çox dərindədir”

Türkiyəli məşhur şair və tərcüməçi, İstanbuldakı Aydın Universitetinin professoru, “Cumhuriyet” qəzetinin köşə yazarı Ataol Bəhramoğlunun APA-ya müsahibəsi

– 2016-cı ilin sentyabrında poeziya sahəsində Nobel mükafatı sayılan Avropanın “Homer qızıl medalı”nı aldınız. Deyirlər ki, Nobel mükafatı alandan sonra yazarlar dəyərli əsərlər yaza bilmirlər. Siz poeziyanın Nobelini alandan sonra nə etdiniz? Ardını oxu »

Azərbaycanın Baş naziri Gürcüstanın müdafiə naziri ilə görüşüb

Martın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli görüşlərin intensivləşdirilməsini zəruri sayan Baş nazir Artur Rasi-zadə qarşılıqlı faydalı əsaslarda həyata keçirilən qlobal layihələrin əhəmiyyətini qeyd edib. O, nəzərdə tutulan sazişlərin uğurla gerçəkləşdirildiyini, istər neft-qaz Ardını oxu »

Flora QASIMOVA: Azərbaycan dövləti demokratik və şəffaf seçki keçirməyə həmişə maraqlı olub

Flora Qasımova Milli Məclisə Xankəndi Seçki Dairəsindən deputat seçilib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının, terror aktlarının ağrı- acısını yaşayanlardandır. Söz yox ki, ömür-gün yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı  mərhum Şirin Mirzəyev ərazi bütövlüyümüzün qorunması istiqamətində xidmətlər göstərib və bu amal uğrunda şəhid olub. Flora xanımda torpaqlarımızın işğaldan azad olunmasına inam və ömür-gün yoldaşının, o cümlədən bütün şəhidlərimizin qanının yerdə qalmayacağına böyük əminlik var. Ardını oxu »

Azərbaycanda mükəmməl Seçki Məcəlləsi də var, səsvermə ənənəsi də

Ölkəmizdə istənilən seçkinin ədalətli, şəffaf və demokratik şəkildə keçirilməsi üçün lazım olan şərait maksimum dərəcədə yaradılıb. Ona görə də apreldə keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara cavab verən səviyyədə təşkil olunacağına tamamilə inanıram. Əvvəla, ona görə inanıram ki, dövlətimiz təkcə bu seçkilərin deyil, ümumiyyətlə, bütün seçkilərin açıq və ədalətli keçirilməsində maraqlıdır. İkinci, ölkəmizin seçki qanunvericiliyi həm yerli mütəxəssislərin, həm də müvafiq beynəlxalq qurumları təmsil edən hüquqşünasların iştirakı ilə ən yüksək səviyyədə təkmilləşdirilib. Ardını oxu »

Hər bir dövlətin özünün seçdiyi sistem, tutduğu yol var

SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası da demokratiyanı özünün əsas siyasi xətti elan etdi. Ona görə də həmin ildən bugünümüzədək atılan bütün addımlar, həyata keçirilən tədbirlər, qəbul edilən qanunvericilik aktları demokratiyanın inkişafına və demokratik təsisatların daha da möhkəmləndirilməsinə yönəldilib. Şübhəsiz ki, bu sistemin əsas meyarlarından biri də azad, şəffaf və ədalətli seçkilərin keçirilməsidir. Ardını oxu »

Seçkilərin vətəndaşların yüksək siyasi fəallığı şəraitində keçəcəyinə əminik

Müstəqil Azərbaycan prezident seçkilərinə hazırlaşır. Təqdirəlayiq haldır ki, seçkilərin ən yüksək dünya standartları səviyyəsində keçirilməsi məqsədilə, həm bu mühüm siyasi kampaniyanın təşkili üçün məsul olan dövlət təşkilatları, həm də ictimai qurumların, o cümlədən qeyri-hökumət sektorunun təmsilçiləri öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Ardını oxu »

Prezident seçkiləri ən yüksək meyarlar əsasında həyata keçiriləcək

Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra Azərbaycanda seçkilər şəffaf və demokratik prinsiplər əsasında, mükəmməl və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Seçkilərdə şəffaflığa mühüm önəm verilib, bu məqsədlə müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanlar yaradılıb. Yerlərdə seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması diqqət mərkəzində saxlanılıb. Hər zaman seçkiqabağı kütləvi tədbirlərin, görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər təyin olunub. Təbliğat-təşviqat kampaniyası başlayana qədər həmin yerlər müəyyənləşdirilib, hamı üçün bərabər şərait yaradılıb. Ardını oxu »

Müsahibə

“Vətəndaş cəmiyyəti fəalları seçkilərin azad, ədalətli, şəffaf keçiriləcəyinə əmindirlər”

Ölkəmiz mühüm siyasi kampaniya ərəfəsindədir. Belə ki, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında böyük əhəmiyyəti olan prezident seçkiləri yaxınlaşır.  Azərbaycan bu il aprelin 11-də növbə+ti dəfə azad, şəffaf seçkilər keçirməklə, bir daha sivil, hüquqi dövlət qurmaq əzmində olduğunu nümayiş etdirəcək.

“Dünya Azərbaycanlıları İctimai Mərkəzi”nin rəhbəri Zaur Mirzə-zadə hesab edir ki, hər bir sivil ölkədə olduğu kimi, Azərbaycanda da Ardını oxu »

Müsahibə

Demokratik seçki ölkəmizin nüfuzunu daha da artıracaq

Azərbaycanda  prezident, parlament və bələdiyyə seçkilərinin şəffaf,  demokratik   və  Avropa standartlarına uyğun keçirilməsi artıq ənənə halını halıb. Seçki demokratiyanın əsas atributlarındandır. Hər dəfə ölkəmizdə seçki və ya referendum keçiriləndə  dünyanın diqqəti respublikamıza yönəlir. Ölkəmizdə şəffaf, azad və denokratik seçki keçirilməsinə mühüm önəm verilir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq  davam etdirilir.

Aprelin 11-də keçiriləcək prezident seçkilərinin də azad və ədalətli keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur.  Ardını oxu »

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 49
  • 21
  • 564
  • 2,645
ILK-10 Azeri Website Directory