Turizm

Ölkəyə gələn turistlərin sayı 6,5% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 410,7 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə gələnlərin 29,4%-i Rusiya, 24,3%-i Gürcüstan, 10,5%-i Türkiyə, 7,5%-i İran, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, 1,5%-i Türkmənistan, hər birindən 1,4% olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3%-i Pakistan, 12,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Ardını oxu »

Qəbələdə Turizm Forumu keçiriləcək

Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək.

Trend-in məlumatına görə, məqsəd forumun hədəflərini bölgə turizminin üzərində fokuslamaqdır. Həmçinin bölgənin turizm mütəxəsislərinə də forum vasitəsilə yerli və xarici mütəxəsislərlə görüş imkanının yaradılması əsas məqsədlərdən biridir.

Ardını oxu »

Albaniya Azərbaycanla turizm sahəsində sıx əməkdaşlıq etmək istəyir

Albaniya turizm sahəsinə Azərbaycan investisiyalarının cəlb edilməsinə maraq göstərir. 
Bunu Trend-ə müsahibəsində Albaniya Prezidenti İlir Meta deyib.

Prezident bildirib: “Biz Azərbaycan şirkətlərinin Albaniyanın turizm sektoruna investisiya yatırmasında, Azərbaycan vətəndaşlarının isə Albaniyaya səfər etməsində və ölkənin gəzməli-görməli yerlərindən zövq almasında çox maraqlıyıq.

Ardını oxu »

Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumu

Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilib.

APA-nın xəbərinə görə, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, forumda Almaniyanın tibbi turizm üzrə püxtələşmiş mütəxəssisləri iştirak edirlər. Ardını oxu »

Nazir: “Yay mövsümündə cənub zonasına turist axını gözləyirik”

“Azərbaycanın şimal-qərb, İpək yolu üzərində turizmin inkişafını sürətləndirməyi nəzərdə tuturuq”. 

“APA-Economics” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazirin sözlərinə görə, Qazax, Şəmkir, Gədəbəy zonasında turizm sahəsində inkişafı müşahidə edirik.  Ardını oxu »

Nazir: “Bu il ölkəyə gələn turistlərin sayı 12,5 faiz artıb”

“Üç ay ərzində ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən 12,5% artıb”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, mart ayında da ölkəyə gələn turistlərin sayında artım müşahidə olunub: Ardını oxu »

Ekoturizm və onun mahiyyəti

Ekoturizm və onun mahiyyəti<b style="color:red"></b>

Vahid sivilizasiya ideyasından doğan humanizm müxtəlif sahələrə nüfuz edə bilir.
Qloballaşan dövrün multikulturalist ideyaları dünya iqtisadiyyatına da öz təsirini göstərir. Bu sahənin mühüm qollarından birini təşkil edən turizm ölkə iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Ardını oxu »

“Turizm haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi

SİYAVUŞ NOVRUZOV: “İNDİ DƏ “HALAL HOTEL” REKLAM EDİRLƏR, DİGƏRLƏRİ HARAMDIR?”

"Turizm haqqında" qanun layihəsi birinci oxunuşdan keçdi<b style="color:red"></b>

Milli Məclisin (MM) dünən keçirilən növbəti plenar iclasında “Turizm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
Qanun layihəsi barədə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O, sözügedən sənədin əhəmiyyətindən və vacibliyindən bəhs edib. Ardını oxu »

Türkiyə Qafqaz Turizm Sərgisinə xüsusi hazırlaşıb – Foto

GÜRCÜSTANDA KEÇİRİLƏN SƏRGİDƏ TÜRKİYƏ ADINDAN MİLLİ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT NÜMUNƏLƏRİ GENİŞ ŞƏKİLDƏ TƏQDİM EDİLƏCƏK

Türkiyə Qafqaz Turizm Sərgisinə xüsusi hazırlaşıb - <b style="color:red">Foto</b>

Aprelin 27-dən 29-dək Gürcüstanda 19-cu Qafqaz Turizm Sərgisi (Ekspo Georgia 2017) keçiriləcək. İştirakçı ölkələrdən olan Türkiyə sərgiyə mühüm yeniliklərlə gəlir.

Sərginin Türkiyə üzrə təşkilatıçısı, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyindən verilən məlumata görə, Türkiyə qonşu Gürcüstanda öz turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə milli mədəniyyət və incəsənətindən nümunələr təqdim edəcək.

Ardını oxu »

Novruz tətilində Şəkiyə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib

6Novruz bayramı tətilində Şəkiyə istirahətə gələnlərin sayı əvvəlki dövrlərə nisbətən artıb. Həmişə olduğu kimi, bu il də Novruz bayramı şənlikləri Şəkidə böyük təntənə ilə qeyd olunub. Bayram tədbirlərinin Şəkinin qədim tarixi hissəsində – XVIII əsrə aid memarlıq abidəsi olan “Qala divarları”nın həyətində keçirilməsi şəhərin qonaqlarının xüsusilə böyük marağına səbəb olub.\r\nBu fikirləri “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva AZƏRTAC-a müsahibəsində bildirib.\r\nTəranə Abdullayevanın dediyinə görə, Novruz günlərində şəhərin qonaqlarının əksəriyyətini yerli turistlər, həmçinin müxtəlif turizm turlarının iştirakçıları təşkil edib. “Xarici turistlər nisbətən azlıq təşkil edib. Ardını oxu »

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 76
  • 44
  • 715
  • 4,462
ILK-10 Azeri Website Directory