Sosial

Sahil Babayev Göyçayda, müavinləri Ağsu və İsmayıllıda vətəndaşlarla görüşdülər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Nazirlikdən verilən məlumata görə, S.Babayev vətəndaşlarla görüşündə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi iki sosial islahat paketinin uğurlu nəticələrini diqqətə çatdırıb, minimum pensiyanın və əmək haqlarının, müavinət və təqaüdlərin ciddi şəkildə artırıldığını vurğulayıb.

Ardını oxu »

Mədəniyyət Nazirliyinin rəhbərliyi regionlarda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyulun 26-da Mədəniyyət naziri Əbülfəs Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.

Həmçinin, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz rayonundan, nazir müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul ediblər.

Ardını oxu »

Müdafiə naziri cəbhəboyu zonada səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri bölmələrdən birinin şəxsi heyəti üçün inşa edilən yeni yaşayış kompleksinin açılışında iştirak edib.

Ardını oxu »

2020-2025-ci illər üzrə yeni elm strategiyası hazırlanır

“Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır”.

APA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə  deyib. 
Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” başa çatıb və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verilib.

Ardını oxu »

Bakı metrosu yay qrafikinə keçir

“Bakı Metropoliteni”ndə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.

“Bakı Metropoliteni” QSC-dən APA-ya verilən məlumatına görə, tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, hər il olduğu kimi, Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.

Ardını oxu »

Nazirlik isti hava şəraiti ilə bağlı işəgötürənlərə xəbərdarlıq etdi

Yay mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Ardını oxu »

“İyul-avqust aylarında temperatur normadan yüksək olacaq”

“Hazırda həm Bakı şəhərində, həm şəhər ətrafında, həm də rayonlarda havanın temperaturu normadan təqribən 3-5 dərəcə artıqdır”.

Bu sözləri APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Ardını oxu »

Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədilə Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.

Ardını oxu »

Binəqədidə əmək hüquqlarına dair maarifləndirmə tədbiri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Binəqədi rayonunda əmək hüquqlarına dair maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən verilən məlumata görə, 18 iyun – İnsan Hüquqları günü ilə əlaqədar elan olunmuş “İnsan Hüquqları Aylığı” (18 may-18 iyun) çərçivəsində keçirilən tədbir “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusuna həsr edilib.

Ardını oxu »

Yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati tənbeh proseduru müəyyənləşib

Yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta haqqında Elektron Protokol tərtib edilmək əvəzinə inzibati tənbeh vermə haqqında Elektron Qərar veriləcək. 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin bununla bağlı “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 25
  • 14
  • 443
  • 1,813
ILK-10 Azeri Website Directory