Sosial

Akademik Zərifə Əliyeva – müdriklik və kamillik zirvəsi

Bu gün Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

ONA-nın məlumatına görə, əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.  

Ardını oxu »

Gəncə bölgəsində 200 yaşlı alman məskəni – Helenendorf

BU YERLƏRDƏ YAŞAMIŞ ALMANLARIN TÖRƏMƏLƏRİ GÖYGÖL ŞƏHƏRİNƏ GƏLƏRƏK ATA-BABA OCAQLARINI YAD EDİBLƏR

Alman mədəniyyəti və məişətinin respublikamızın müxtəlif yerlərindəki izləri tarixin yadigarları kimi qorunur və nəsildən nəslə ötürülür. 

Gəncə bölgəsində vaxtilə salınan Alman koloniyalarının da bu il 200 illiyi tamam olur. Bu yubiley münasibətilə,  düz iki əsr bundan əvvəl – 1819-cu ildə Alman qəsəbəsi kimi salınmış Helenendorf – indiki Göygöl şəhərinə vaxtilə burada yaşamış almanların törəmələri səfər ediblər.

Ardını oxu »

Nazir jurnalistlərlə birlikdə Sumqayıtda ağac əkdi

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.

ONA-nın yerli bürosunun xəbərinə görə, aksiyada nazir Muxtar Babayevin və 100-dən artıq media nümayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Ardını oxu »

Bakıda Süleyman Ələsgərovun adına küçə verilib

Bakıda bəstəkar, xalq artisti  Süleyman Ələsgərovun adına küçə verilib.

Bu barədə ONA-ya bəstəkarın nəvəsi, əməkdar artist Tahir İmanov məlumat verib.

O bildirib ki, Süleyman Ələsgərovun adına küçənin təsdiqlənməsi göstərişi bu gün Prezident İlham Əliyev tərəfindən verilib: “Süleyman Ələsgərovun adı Bakı Musiqi Akademiyasının ətrafında olan küçələrdən birinə verilib. Bizim  üçün bu, çox əhəmiyyətlidir. Çünki bizim  ailəmiz də istəyirdi ki, babamızın adı bizim ürəyimizcə olan bir küçəyə verilsin.

Ardını oxu »

Valideynlər övladlarına elektron qaydada ad vermək imkanı əldə edəcəklər

Azərbaycanda valideynlər övladlarına elektron qaydada ad vermək imkanı əldə edəcəklər. Bu barədə ONA-ya Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib.

Bu funksiya “myGov” layihəsi çərçivəsində istifadəyə veriləcək “Şəxsi kabinet”ə inteqrasiya olunacaq. “myGov”un bildiriş sistemi ilə valideynlərə SMS və elektron poçt vasitəsi bildirişlər göndəriləcək.

Ardını oxu »

Mədət Quliyev: “Gənclər sağlamlıqlarına diqqət yetirsinlər”

Bu gün Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloparkda veloyürüş keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Velosiped İdman Klubunun, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

Ardını oxu »

Sahil Babayev Qəbələdə 3 rayonun sakinlərini qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev aprelin 12-də Qəbələ rayonunda Qəbələ, Şəki və Oğuz rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Hazırda qəbula yazılma prosesi davam edir.

Bildirilir ki, qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Ardını oxu »

20 quş növünün adı dəyişdirildi

Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib.

Zooloji Muzeyin direktoru Səbinə Bünyatova AzərTac-a açıqlamasında bildirib ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub. Çünki bu quş suyun dərinliklərinə baş vurmaq xüsusiyyətinə malikdir.

Ardını oxu »

Sosial müavinətlər və təqaüdlər hansı kateqoriyalar üzrə artıb?

Bu gündən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilir.

Ardını oxu »

Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamında müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 10
  • 7
  • 667
  • 2,300
ILK-10 Azeri Website Directory