Sosial

Sosial müavinətlər və təqaüdlər hansı kateqoriyalar üzrə artıb?

Bu gündən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilir.

Ardını oxu »

Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamında müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

Ardını oxu »

Məhkəmə çəkişmələrinin azalması üçün yeni mexanizm tətbiq edilə bilər

Azərbaycanda mediasiya mexanizminin tətbiqi, yəni tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi və bu sahəyə nəzarətin həyata keçirilməsi məqsədilə Mediasiya Şurasının yaradılması təklif olunur.

Trend-in məlumatına görə, bu məsələ yeni hazırlanan “Mediasiya haqqında” qanunda öz əksini tapıb.

Ardını oxu »

Övladlığagötürmə ilə bağlı yeni qaydaların layihəsi hazırlanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən müvafiq işlər davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, görülən işlər çərçivəsində “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi hazırlanır.

Ardını oxu »

Şəhid polislərin əksəriyyətinin vərəsələrinin sənədləri nazirliyə təqdim edilib

Şəhid polislərin artıq əksəriyyətinin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli Fərmanının icrası olaraq, birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi 1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının vərəsələrini də əhatə edir.

Ardını oxu »

Bu gündən minimum əməkhaqqı və pensiyanın minimum məbləği artır

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə bu gündən ölkəmizdə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır. Hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardır.

Ardını oxu »

Prezident İlham Əliyev Sərəncam imzalayıb

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Ardını oxu »

Leyla Əliyeva Suraxanıdakı 2 saylı uşaq evinin sakinləri ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub.

Fonddan Trend-ə verilən məlumata görə, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış oldu.

Ardını oxu »

Sumqayıtda daha 120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək

Fevralın 27-də Sumqayıtda bir qrup məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması ilə bağlı püşkatma mərasimi keçiriləcək.

Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ardını oxu »

Tahir Budaqov: “Qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq”

“İlkin hesablamalara görə, əhalinin sayı martın sonu və ya aprelin əvvəlində 10 milyon nəfərə çatacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Komitə sədri bildirib ki, əhalinin sayında tədricən artım qeydə alınır. Hər ay Statistika Komitəsi tərəfindən əhalinin sayı açıqlanır: 

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 49
  • 21
  • 564
  • 2,645
ILK-10 Azeri Website Directory