Məktublar

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Ardını oxu »

Prezidentin Mətbuat Xidmətinin məlumatı


Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib.

Ardını oxu »

Şamaxı rayonunun Rus icmasından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı.
Biz sülhpərvər insanlarıq, gözləyir və ümid edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi.
İndi Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz Ordusunun iştirakı ilə şanlı tarix yazır. Azərbaycan haqq yolundadır, haqq işi uğrunda mübarizə aparır.

Ardını oxu »

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.

Ardını oxu »

Dəniz məsuliyyətsizliyi və səhlənkarlığı bağışlamır

Bədən tərbiyəsi dərslərində üzgüçülüyün öyrədilməsi sağlamlığa da xeyirlidir, sağ qalmağa da…

Dəniz sahilində yaşayırıq – Bakının, Abşeronun üç tərəfi sudur. Xəzər boyu başqa rayon və yaşayış məntəqələrimiz də az deyil. Ölkəmizdə çox sayda çay, göl, kanal və kiçik su hövzələri də var. Amma di gəl ki, əhalinin əksəriyyəti üzməyi bacarmır. Təəssüf ki, hər yay – çimərlik mövsümündə müəyyən sayda vətəndaşımız, o cümlədən uşaq və gənclərimiz su hövzələrində boğularaq həyatlarını itirir. Acınacaqlı haldır. Ardını oxu »

Daha sudan korluq çəkmirik

Biz İsmayıllı rayonunun Zeyvə kəndində yaşayırıq. Xankəndi inzibati ərazi dairəsinə daxilik. Kəndimiz 138 evdən ibarətdir. Bir vaxtlar Rusiyanın  müxtəlif şəhərlərinə qazanc üçün gedənlər də  öz dədə-baba yurdlarına qayıdıblar. Bundan sonrakı həyatlarını da burada davam etdirməyə qərar veriblər. Dövlət qayğısını həmişə  hiss edir, nəticələri də görürük. Elə bir çətinliyimiz yoxdur. Bircə içməli su  təminatımız zəif idi.\r\n\r\n Ardını oxu »

Qaraçöhrə meşəliyi baxımsız qalıb

\r\n\r\n

Lerik rayonunun dağlar qoynunda yerləşən Hamarat kəndi füsunkar təbiəti ilə görənləri valeh edir. Ulu Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Torpağı bərəkətli, suyu boldur. Yamaclarda, dərələrdə, təpələrdə çox sayda dərman otları bitir. Hamaratdan bir az aralı, dəniz səviyyəsindən 1300 metr hündürdəki ərazidə isə neçə illərin yadigarı olan qaraçöhrə ağacları baş-başa verib…\r\n\r\nQaraçöhrə – dünyada nadir ağac növüdür. Azərbaycanda Qəbələ rayonunda rast gəlinir. Həmişəyaşıl, iynəyarpaqlıdır. Qaraçöhrə meşəliyi isə təkcə Hamarat kəndindədir. Bu meşəlikdə 140 ağac var. Ardını oxu »

“Şəmkir səbəti”nin açılışı maraqla gözlənilir

\r\n\r\n

Rayonumuzda aqrar sahənin, xüsusən faraş tərəvəzçiliyin inkişafı, məhsulun tədarükü və satışı sahəsində müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə Çinarlı qəsəbə bələdiyyəsinin nəzdində “Şəmkir səbəti” adlı yaşıl market kompleksi inşa olunur. İstər  alıcı, istərsə də satıcılar üçün çox sərfəli layihədir. Bakı-Qazax yolunun yaxınlığındakı beş hektar sahədə  milli memarlıq üslubunda 150 taxta köşk düzəldilib. Müxtəlif kənd təsərrüfatı məhsulları üçün ayrı-ayrı bölmələr yaradılır. Ardını oxu »

Dövlət qayğısı bizi firavanlığa qovuşdurur

Bizim Sabirabad camaatı həmişə xalqımızın ümummilli lideri Heydər Əliyevə sədaqətli olub. Ulu öndər Heydər Əliyev də sabirabadlıları çox sevirdi. Azərbaycana rəhbərlik etdiyi dövrdə 14 dəfə Sabirabadda olması bu bölgəyə xüsusi qayğı və diqqətinin göstəricisidir. Onun hər gəlişi rayonumuzda unudulmaz izlər qoyur, Sabirabadın sürətli inkişafına güclü təkan verirdi.\r\nO zaman müxtəlif vəzifələrdə çalışmışam. Çox hadisənin şahidiyəm. O böyük ürək sahibinin qayğısını hər gün hiss edirdik. Onun hər səfəri bütün bölgədə yüksək əhval-ruhiyyə yaratmaqla yanaşı, rayonda yeni-yeni sosial obyektlərin araya-ərsəyə gəlməsini reallaşdırırdı. O zaman Heydər Əliyevin təşəbbüsü ilə rayonumuzda möhtəşəm bir mədəniyyət sarayı da inşa olundu. Ardını oxu »

Biz bu müstəqilliyi qanımızla qazandıq, qanımızla da qoruyacağıq

7Milli və dövlət müstəqilliyi xalqın nail ola biləcəyi ən ali dəyər, ən yüksək mərtəbədir. Ağır və məşəqqətli sınaqlardan keçir müstəqillik, suverenlik yolu. Bəzən müstəqilliyə qovuşmaq üçün əsrlərlə mübarizə aparmaq, müəyyən tarixi məqamı gözləmək gərək olur.\r\nYalnız həmin tarixi şərait və məqam yetişdikdə real nəticə alınır – verilən qurbanlar, axıdılan qanlar məna kəsb edir. Keçilən yol hərdən odlu-alovlu, məhrumiyyətlərlə dolu, bəzən də uzun olur. Amma xalqın iradə və idealları bu məntiqi sonu zəruri edir. Heç kimə mərcidə müstəqillik təqdim olunmayıb. Bu gün malik olduğumuz dövlət müstəqilliyi də xalqımızın qanı, çəkdiyi əziyyətlər sayəsində ərsəyə gəlib. 20 Yanvar hadisələri zamanı saxta dövlətin öz xalqına silah çevirməsi onun öz faciəsinə, süqutuna gətirib çıxardı. Ardını oxu »

Arxiv
Təqvim
Oktyabr 2021
S M T W T F S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 2
  • 1
  • 14,278
  • 37,127
ILK-10 Azeri Website Directory