Maraqlı

Çilidə dünyanın ən qədim mumiyaları aşkar edildi

Çilidə yerləşən dünyanın ən quraqlıq ərazisində – Atakama səhrasında eramızdan əvvəl 7-5-ci minilliyə aid olan qədim mumiyalar aşkar edilib.

AzərTAc CNN telekanalının saytına istinadla xəbər verir ki, burada yaşamış Çinçorro qəbiləsinə aid olduğu ehtimal edilən bu mumiyaların yanında keramika məmulatları da tapılıb. Bu arxeoloji tapıntıların tarixinin Misir ehramlarında olan mumiyalardan ən azı 2 min il qədim olduğu bildirilir.

Ardını oxu »

Kürdən okean balığı tutuldu

Ötən gün Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı sakinlər tərəfindən tutulub.

“Report”un Aran bürosu xəbər verir ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.

Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb.

Ardını oxu »

Gürcüstanda albinos qaranquş tapıldı

Gürcüstanın Qardabani rayonunun Krtsanisi kəndində nadir qaranquş tapılıb. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənd sakinlərindən birinin evinin divarında yuvada tamamilə ağ rəngdə olan qaranquş diqqəti cəlb edib. Yuvada olan iki qaranquşdan biri adi, digəri isə albinos qaranquşdur.  Ardını oxu »

Orda bir kənd var…

Orda bir kənd var...<b style="color:red"></b>

Tarixi Qars vilayətinin Qars qəzasında, sonradan Amasiya adlandırılacaq rayonun ərazisində illərdir cığırlarını dilində zümzümə keçənlərin həsrətini çəkən bir kənd var: Oxçuoğlu… Sol yanından Qərbi Arpaçayı onun təbiətinə gözəllik qatırdı, çayın nəğməsi kəndin ürək döyüntüsü kimi daim eşidilirdi…

Sonuncu -1987-ci ildəki məlumata görə, kənd əhalisi kökü əslən türk olan Qarapapaqlılar tayfasına bağlı 1670 nəfərdən ibarət olmuşdur. Ardını oxu »

Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>

1839-cu il. Məşhur fransız rəssam, fotoqrafiyanın yaradıcılarından biri Lui Daqer Ayın ilk fotosunu çəkib.
1870-ci il. Dünyanın ən məşhur və ən qədim asma körpülərindən biri olan Bruklin körpüsünün inşasına başlanılıb.
Nyu-York Sitidə İst River çayının üzərindən keçən bu körpü şəhərin Manhetten və Bruklin ərazilərini birləşdirir.
Uzunluğu 1825, eni 26 metr olan körpü 1883-cü ildə istismara verilib. Bruklin körpüsü tikildikdən sonra tezliklə Nyu-Yorkun əzəmət rəmzinə çevrilib.

Ardını oxu »

Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>

1991-ci il. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Heydər Əliyevin sədrliyi ilə dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması barədə qərar verilmiş və bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə müraciət ünvanlanmışdı. Ardını oxu »

Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>2013-cü il. Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub.\r\nMərasimdə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.\r\n“Şahdəniz-2” layihəsi Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına imkan yaradır.\r\nLayihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur.\r\n Ardını oxu »

Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür.\r\n1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb.\r\nPeşə bayramı Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamına müvafiq olaraq təsis edilib.\r\n1492-ci il. Xristofor Kolumbun birinci ekspedisiyası Haiti adasını kəşf edib.\r\nHaitinin adı taino hindilərinin dilindən “Dağlıq ölkə” kimi tərcümə olunur.\r\n Ardını oxu »

Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>\r\n\r\n1996-cı il. ATƏT-in Lissabon (Portuqaliya) sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub.\r\nSammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi.\r\nPrezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi.\r\nNəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.\r\n\r\n Ardını oxu »

Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>2 dekabr – Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür.\r\nBu tarix BMT-nin Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlıdır.\r\nBMT-nin hesablamalarına görə hazırda dünyada 21 milyon qadın, kişi və uşaq köləlik şəraitində yaşayır. Bu isə köləliyin hələ də tamamilə aradan qaldırılmadığını göstərir.\r\n1929-cu il. Azərbaycan şairi, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği vəfat edib (1848-1929).\r\n Ardını oxu »

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 71
  • 14
  • 567
  • 1,359
ILK-10 Azeri Website Directory