Maraqlı

Dünyanın ən nüfuzlu elmi mükafatları

Dünyanın ən nüfuzlu elmi mükafatları<b style="color:red"></b>\r\n\r\nElm yarandığı gündən insanların həyat şəraitinin yaxşılaşdırılması və onların rifahının yüksəldilməsinə xidmət edib. \r\n\r\nElmlə məşğul olan şəxslər – alimlər insanlar arasından öz bacarığı, savadı və düşüncə tərzi ilə fərqlənirlər. Alimlərin çoxşaxəli fəaliyyəti nəticəsində elmin müxtəlif sahələrində yeni ixtiralar meydana çıxır. Bu ixtiralar sayəsində dünyada insanların həyat şəraiti daha da yaxşılaşır və insan gələcəyə daha çox ümid bəsləyir. Ardını oxu »

Nobel mükafatı laureatlarının elan ediləcəyi tarix açıqlanıb

Nobel mükafatı laureatlarının elan ediləcəyi tarix açıqlanıb<b style="color:red"></b>\r\n\r\nOktyabrın 5-dən 12-dək laureatlara Nobel mükafatı, habelə Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.\r\n\r\nModern.az “Nobelprize.org” saytına istinadən xəbər verir ki,  oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 9-da Nobel sülh mükafatı, 12-də “Sveriges Riksbank Prize” təqdim ediləcək.\r\n\r\nƏdəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.\r\n\r\n 

Dünyada ən bahalı sayt adları – Siyahı

Dünyanın ən bahalı sayt adları 24.07.2014Dünyada indiyədək satılmış ən bahalı domen adları açıqlanıb.\r\n Lent.az-ın verdiyi məlumata görə, siyahının ilk pilləsində 13 milyon dollar qiymətlə sex.com saytı yer alıb.\r\n\r\nSiyahını təqdim edirik:\r\n\r\nSex.com – 13 milyon\r\nFund.com – 9,9 milyon\r\nPorn.com – 9,5 milyon\r\nDiamond.com – 7,5 milyon\r\nSlots.com – 5,5 milyon\r\nToys.com – 5,1 milyon\r\nClothes.com – 4,9 milyon\r\nMedicare.com – 4,8 milyon\r\nİG.com – 4,7 milyon Ardını oxu »

Dünya xalqlarının çay mədəniyyəti

dünya xalqlarının çay mədəniyyəti 11.07.2014Çay yaşam həyatımızın ayrılmaz hissəsidir. Süfrəmizi onsuz təsəvvür etmək mümkün deyil. Amma Azərbaycana kənardan gəlmiş bu mədəniyyət digər xalqlarda da özəlliyə malikdir.\r\nModern.az saytı dünya xalqlarının çay mədəniyyətini və adətlərini təqdim edir.\r\nTürkiyə çayla ilk dəfə XIX əsrdə tanış olub. Lakin bundan əvvəl ölkədən kənara çıxmış türk yazıçılarının əsərlərində “çay” adına rast gəlmək mümkündür. Hacı Məhmət İzzət Əfəndinin “Çay risaləsi” bu əsərlərdən biridir. Yazıçı əsərində çayın faydalarından yazıb. Bir çox mənbələr qeyd edir ki, türklər çayla daha əvvəldən tanış olublar.\r\nBu gün Türkiyədə içəcək deyəndə “qəhvə” yadda düşür, lakin türklər deyir ki, çay qəhvənin taxtına çoxdan oturub. Əslində ən çox qəhvənin adı işlənsə də, bu yerlərdə çay daha çox içilir. Türklər hesab edir ki, çay qəhvədən daha ucuzdur və hazırlanması isə asandır. Çayın Türkiyədə mədəniyyət halına gəlməsi isə 1945-ci ildən başlayıb. Bu illərdə ixracat zəifləyir və qəhvə narkomanları qəhvə tapa bilmədikləri üçün çay içməyə üz tuturlar. Rizədə yetişən tünd çayı türklər sevir və həmin illərdən çay türk həyatına daxil olur.\r\nAmerikadakı çay mədəniyyəti digər ölkələrdən fərqlənir. Amerikallılar dünyada məşhur olan soyuq çay “ İce tea”ni çay əvəzi içirlər. Bu ölkədə ən çox qəhvə içilir. Amma əgər amerikalılar çay adını çəkirsə demək ki, bu adı hansısa izi buraxıb. Belə ki, Amerikada çay xüsusi dəvətlər və özəl toplantılarda servis edilir. Cənub bölgəsində isə yeməklərin yanında içkilərlə bərabər paylanılır. Ardını oxu »

Qarabağ xanlığının bayrağı: bu haqda nə bilirik?

qarabag xanligi 16.06.2014Azərbaycanın zəngin milli dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri də xanlıqlar dövrüdür. Xanlıqların dövlət atributlarını müəyyənləşdirən simvollar (rəmzlər) arasında taxt, tac, möhür, qılınc, pul vahidi, bayraq, döyüş bayrağı, bunçuk və tug mühüm rol oynayırdı. Bu atributlar arasında bayraqlar mühüm yer tutur. Hər bir bayraq həm də, mənsub olduğu dövlətin coğrafi məkanı, təmsil etdiyi xalqın etnik kökləri, milli təfəkkürünün, dünyagörüşünün miqyası haqqında məlumat məcmuəsidir. Müasir Azərbaycan tarixşünaslığında milli dövlətçilik və onun atributları ilə bağlı bir sıra dəyərli tədqiqat əsərləri nəşr olunsa da, hələ də bu sahədə öz həllini gözləyən bəzi məsələlər var. Sovet hakimiyyəti illərində Azərbaycan xanlıqlarının bayraqlarına düşməncəsinə münasibət bəslənilməsi nəticəsində onlar itib-batıb, yaxud muzeylərin məxfi fondlarında gizlədilib. Ardını oxu »

Dünyanın ən varlı adamları – Siyahı

Dünyanın ən varlı adamları 11.11.2013Tanınmış “Bloomberg Markets” jurnalı dünyanın ən varlı insanlarının yeni siyahısını hazırlayıb.\r\nAxşam.az xəbər verir ki, cədvələ “Microsoft”un yaradıcısı Bill Qeyts başçılıq edir. O, ötən illə müqayisədə varidatını 10 mlrd dollar artıraraq 72.9 milyarda çatdırıb.\r\nKeçən il birinci olan meksikalı maqnat Karlos Slim isə 65.5 milyard dollarla 2-ci yerdə qərarlaşıb. “Zara”, “Massimo Dutti”, “Bershka”, “Pull and Bear”, “Stradivarius” kimi məşhur brendlərin sahibi Amansio Orteqa 61.9 milyardlıq sərvəti ilə onları izləyir. 83 yaşlı amerikalı biznesmen Uorren Baffet 58.2 milyardla 4-cüdür. 87 yaşlı isveçli, İKEA-nın sahibi İnqvar Kamprad 50.3 milyard dollarla ilk “beşliy”i qapayır.\r\nDünyanın ən böyük axtarış sistemi “Google”nin yaradıcıları Larri Peyc və Sergey Brin cədvəldə 23-24-cü yerləri bölüşdürür. “Facebook”un sahibi Mark Zükerberq isə 24.5 milyard dollarlıq varidatla 25-ci yerdədir.

Göyçaylı bağban Azərbaycanda ilk dəfə olaraq mərsin ağacı yetişdirmiş və məhsul əldə etmişdir

Göyçaylı bağban 11.09.2013Göyçay, 11 sentyabr (AzərTAc). Göyçay rayonunda ilk dəfə olaraq mərsin ağacı yetişdirilmişdir.\r\nGöyçay rayonunun Ərəb kənd sakini, 57 yaşlı Rafiq Xəlilov Azərbaycanda ilk dəfə olaraq, mərsin ağacı yetişdirməyə nail olmuşdur. Bununla da o, öz bağçılıq təsərrüfatına xarici ölkəyə məxsus yeni bir ağac əlavə etmişdir. Hind narı və konfet ağacı kimi qeyri-adi ağacları yetişdirməklə tanınan Rafiq Xəlilov bu dəfə meyvəsindən və yarpaqlarından müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan mərsin ağacını Göyçayda çətinliklə də olsa yetişdirərək məhsul əldə etməyin mümkünlüyünü sübut etmişdir. Otuz beş ildir ki, bağçılıqla məşğul olan R.Xəlilov mərsinin Ardını oxu »

Nizami Gəncəviyə verilmiş kəndin qalıqları tapılıb

Nizami Gəncəviyə verilmiş 21.08.2013Gəncədə Nizami Gəncəviyə hədiyyə edilmiş Həmənli kəndinin qalıqları aşkar edilib. Bu barədə Lent. az-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Arif Məmmədov məlumat verib.\r\nMəlumata əsasən, Həmənli (Həmidünya) adlanan kənd Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən dahi şair Nizami Gəncəviyə hədiyyə edilib. Arxeoloji qazıntılar zamanı məlum olub ki, tapılan kənd şairə bağışlanmış həmin kənddir.\r\nArxeoloq bildirib ki, Həmənli kəndinin Nizami Gəncəviyə verilməsi haqqında məlumatlar şairin əsərlərində də qeyd olunub. Ardını oxu »

Birinci sinif şagirdindən baş nazirə şikayət məktubu

Türkiyədə bir orta məktəb şagirdi məktəb direktorundan baş nazir Rəcəb Tayyib Ərdoğana şikayət edib.\r\n\r\n525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, “Sevgili baş nazir Rəcəb bəy” deyə başlayıb “Rəcəb əmi” deyə davam edən məktubu yazan qızın adı Lal Egedir.\r\n\r\nLal Egenin internetdə paylaşdığı məktub dünən bütün media quruluşlarında xəbər olub. Lal Ege kiçik olduqları üçün basketbol meydançasından istifadə etmələrinə icazə verməyən məktəb direktorundan baş nazirə şikayət edib. Kiçik məktəbli “mən də sənin kimi bir başqanam” sözlərinə də yer verən qız müdirin qadağasına bütün siniflərinin çox üzüldüyünü bildirib.\r\n\r\nOxuduğu məktəbin nömrəsini və imzasını da unutmayan Ege İstanbuldakı Kadıköy “Zühtü Paşa” ibtidai məktəbinin birinci sinif şagirdidir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 31
  • 26
  • 590
  • 2,768
ILK-10 Azeri Website Directory