Yazar

Aqil ABBAS: ƏNTİQƏ RƏŞİD: ƏRİNİN ƏVƏZİNƏ DÖYÜŞƏN XANIM

  Od parçasıdı, belə bir söz var ey, dəyirmanın gözünə  ölü atsan, diri  çıxar. Tanrı ona istedad da  verib, cəsarət də, üç-dörd kişi ilə əlbəyaxa döyüşməyə güc də, əvəzində  çox şeyini  alıb. Yurd-yuvası dağılıb, əzizləri müharibədə  şəhid olub, gəncliyini alıb. Məşhur filmdəki mahnıda deyildiyi kimi: «Bir xoş gün görmədim mən bu dünyada». Bir xoş gün görməyib bu  dünyada. Xoşbəxtliyi  üç şeydə görür: ailəsində, hələ də uzaqdan baxdığı azad olunmuş Ağdamda və bir də yazmaqda. Anası əsgər doğub bu qızı. Ona görə ailə quranda da əsgərlə ailə qurub. Əri İsmayıl Novruzov  Birinci Qarabağ  müharibəsinin  döyüşçülərindən biridi. İkinci qrup  Qarabağ əlilidi. Bədənində 23 düşmən  qəlpəsi  gəzdirir. Biri də ürəyindən bir neçə millimetr kənardadı. Bu qəlpələri də çıxarmaq mümkün deyil. İş qabiliyyətini itirib. Həkimlər 3 kiloqramdan artıq yük götürməyi qadağan ediblər ki, ürəyinin yanındakı qəlpə tərpənə bilər.

Ardını oxu »

Şuşadan dünyaya barışıq və sülh mesajı verildi

İlham Əliyev fərqli inanclara sahib olan azərbaycanlıları da Qarabağdakı müqəddəs dini ocaqlarda dua etmək xoşbəxtliyinə qovuşdurdu

2250 məscid, 16 kilsə, 7 sinaqoq…

Bütün bu dini ocaqlar dünya xəritəsinə baxanda kiçik nöqtə kimi görünən Azərbaycanda cəmləşib… Tolerantlıq və dözümlülük ənənələri zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yaşadığı qədim məkandır. Bu da Tanrının lütfü olmalıdır ki, bütün dinlərə aid qədim ibadət yerlərinin təməlləri məhz bu müqəddəs yurdda qoyulub. Bunu ölkəmizdə mövcud olan və müxtəlif inanclara məxsus tarixi, dini abidələr də sübut edir.

Ardını oxu »

Əbülfət MƏDƏTOĞLU: Sınaqdan daha güclü çıxan Türkiyə

Beş il bundan öncə Türkiyə və Türkiyə ilə bir sırada olan hər kəs çətin bir sınaqla üz-üzə gəldi. Beş il öncə Türkiyə tarixində qorxunc bir cəhdin insanları ayağa qaldıran, həmrəy edən anlar yaşandı. Bu 15 iyul – Temmuzu idi.

Belə ki, həmin gecə Türkiyədəki hakimiyyət hərisli qüvvələr dövlət çevrilişi etməyə, özü də bunu silah gücünə həyata keçirtməyə qərarlı idi. Bu məqsədlə, ölkənin hər yerində hazırlıq işləri görülmüş və hakimiyyətə can atan, əksəriyyəti də hərbçilərdən ibarət xain qüvvə hərəkətə keçdi. Məhz həmin gecə Türkiyə öz prezidentinin, öz cümhur başqanının ətrafında sıx birləşərək bu çevrilişin qarşısını aldı. Həmin gecə təkcə Türkiyə deyil, bütün dünya da türk xalqının və xüsusilə Rəcəb Tayyib Ərdoğanın bir siyasi lider kimi iradəsinin, qətiyyətinin, uzaqgörənliyinin şahidi oldu.

Ardını oxu »

Əbülfət MƏDƏTOĞLU: Erməni «problemi»nin mahiyyəti özündədir

Dünyada baş verən siyasi proseslər bu və ya digər formada Azərbaycan adlı məmləkət üçün də önəmlidir.  Yəni, ölkəmizin son illərdəki uğurlu iqtisadi, siyasi fəaliyyəti, üstünlüyü təkcə bizim üçün deyil, həm də böyük anlamda dünya üçün önəm kəsb edir. Bu mənada 30 illik Ermənistan-Azərbaycan qarşıdurması onun məna və mahiyyəti sonda 44 günlük Zəfər müharibəsi və nəhayət, Ermənistandakı son seçkilər göstərir ki, siyasi proseslərdə nə qədər ikili standartlar önəmli olsa da, həqiqət, ədalət bu və ya digər formada ortaya çıxır. Və bu mənada bizim üçün ən zəruri və bəlkə də ən gerçək olanı haqqın ifadə olunması, ədalətin tanınmasıdır. Söhbət burda  Azərbaycan gerçəkliyindən, Azərbaycan tarixindən və Azərbaycanın ərazi bütövlüyündən gedir.

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: Reket, yoxsa dilənçi?!

Bir neçə gündür ki, mətbuatda «reket jurnalistikası» ilə bağlı geniş müzakirələr gedir. Hətta bu mövzu ilə bağlı Az.TV-nin «Çıxışa doğru» proqramında ekspertlərin  və tanınmış jurnalistlərin fikirlərini də dinlədik. Bir daha yəqin etdik ki, həqiqətən bu gün mətbuatın və böyük jurnalistikanın adına ləkə gətirən bu sənətdən, bu peşədən xəbəri olmayan bir qrup  dələduz məmləkətimizdə at oynadır. Onlar ayrı-ayrı vəzifəli şəxsləri və hətta adi insanları şantaj edərək, hədə-qorxu yolu ilə müxtəlif məbləğdə pul istəyirlər. Ən qəribəsi odur ki, onların «toruna» düşən çoxlu sayda məmurlar və vəzifəli şəxslər də var. Görəsən, bu vəzifəli şəxslər nəyə görə həmin adamlara istədikləri o pulu verirlər? Məgər onlar öz hüquq və vəzifələrini bilmirlərmi? Görünür, belələri gözü kölgəli olduğuna görə ya susur, ya da heç bir şey demir.

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: Zirvəyə gedən yol

… El-oba arasında nüfuz qazanmaq, hörmət sahibi olmaq və yeri gələndə insanlara düz yol göstərib ağsaqqallıq eləmək elə də asan məsələ deyil. Yadıma tibb elmləri namizədi və cəmiyyət tərəfindən sevilən həkim Rəşid Mahmudovun bir fikri düşdü: «Mənim tanıdığım bir savadlı ziyalıya dedim ki, çıx televiziya kanallarına, camaata öyüd-nəsihət ver, əxlaqi dəyərlərlə bağlı fikirlərini səsləndir. O da dedi ki, ay rəhmətliyin oğlu, nolsun ki, mən böyük aliməm, tanınmış ziyalıyam, amma öz evimdə qayda-qanun yarada bilmirəmsə, mən efirə çıxıb özümü biyabır etmək istəmirəm». Təbii ki, özünə hörmət edən adam elə belə də hərəkət etməli idi.

Ardını oxu »

Rusiyadan NATO-ya xəbərdarlıq – Avropa müharibəyə hazırlaşır?

Rusiyadan NATO-ya xəbərdarlıq - <b style="color:red">Avropa müharibəyə hazırlaşır? </b>

Xaqani CƏFƏRLİ

Rusiya Federal Təhlükəsizlik Xidməti ilhaq edilmiş Krım yaxınlığında Böyük Britaniyanın döyüş gəmisinin yoluna doğru xəbərdarlıq atəşi açıldığını təsdiqləyən videogörüntülər yayımladı. Bununla da Rusiya hərbçilərinin “Defender” döyüş gəmisinə atəş açıb-açmaması ilə bağlı müzakirələrə son qoyulmuş oldu.

Ardını oxu »

Azərbaycanda din və dövlət münasibətləri: keçmişdən bu günə

Azərbaycanda din və dövlət münasibətləri: <b style="color:red">keçmişdən bu günə</b>

Mübariz AĞALARLI
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti

“Din dövlət və cəmiyyət üçün yox, insanlar üçündür” – bu aforizmdə böyük həqiqət olsa da, dini dəyərlərin dövlətin və cəmiyyətin siyasi-ideoloji və sosial-mənəvi həyatında böyük rolu var. Tarix boyu Azərbaycan cəmiyyətində dini inancların rolu nəzərəçarpacaq dərəcədə böyük olub. Müasir dövrdə də Azərbaycan Respublikasında din dövlətdən ayrı olsa da, cəmiyyətdə dini dəyərlərinrolu xüsusi çəkiyə malikdir.

Ardını oxu »

Aqil ABBAS: GÜNƏŞİN ZİRVƏDƏ DOĞAN ANINDAN…

  Bu dəfə Günəş Şərqdən doğmadı, Türk dünyasının paytaxtı Şuşadan doğdu. Ulu Öndər Heydər Əliyev deyirdi: «Azərbaycan dünyaya  günəş kimi doğacaq».  Tanrı bunu bizlərə nəsib etdi. Biz o Günəşin doğduğunun  şahidi olduq.

Şuşada Türk dünyasının iki böyük oğlu, iki böyük lideri bir-birlərini  bağırlarına  basdılar. Bu təkcə iki liderin bir-birini  bağrına   basmağı deyildi, həm də bir millətin  iki dövlətinin – Azərbaycanın və Türkiyənin bir-birilərini  bağırlarına  basmağı idi.

Ardını oxu »

Aqil ABBAS:UCA ADAM: RƏCƏB TAYYİB ƏRDOĞAN

26 fevral qardaş ölkənin  cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğanın  doğum günüdür. Söylədiyi bir şeirə görə həbs olunan gündən sayın Ərdoğanı izləyirəm. Həbs olunanda da bir ziyalı kimi  qəzetimizdə etirazımı  bildirmişdim. Tanrı bu insandan heç nə əsirgəməyib – qeyri-adi natiqlik qabiliyyəti var, müdrik siyasətçidi, ədəbiyyatı, tarixi gözəl bilir, özü də təkcə Türkiyənin tarixini və ədəbiyyatını deyil, bütün  türk xalqlarının  tarixini  və ədəbiyyatını  bilir. Və qarşısına bir məqsəd qoyubsa, sonadək mübarizə  aparmağı  bacarır və Tanrı da  həmişə ona yardımçı olur. Təkcə Türkiyə türkləri arasında deyil və bütün  türk xalqlarının arasında böyük nüfuz qazanıb. Cəsarətlidir. «Dünya beşdən böyükdür» – deyən   bu qətiyyətli şəxs Türkiyəni sındırmaq istəyən, Türkiyəyə tələ qurmaq istəyən dünyanın özündən deyən  böyük dövlətlərini və həmin  dövlətlərin  başçılarını hakimiyyətə  gəldiyi  gündən yerində oturtmağı bacarıb.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 475
  • 172
  • 15,216
  • 46,438
ILK-10 Azeri Website Directory